RƏSMİ XRONİKA
Prezident İlham Əliyevin adından Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib.