CƏMİYYƏT


Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamının icrasına başlanılıb VİDEO

Bakı, 28 may, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsmanın, Ədliyyə Nazirliyi yanında ictimai şuranın, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə KİV nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılırlar.

Ədliyyə Nazirliyinin nümayəndələri, Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə sənədləri təqdim edirlər.

Qeyd edək ki, Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bundan başqa, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş üç nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş altı nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Əfv olunan şəxslər arasında üç xarici ölkənin vətəndaşı, iki qadın da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.