ELM VƏ TƏHSİL


Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb

Bakı, 14 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda, milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı keçirilən toplantıda çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov deyib.

F.Salmanov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların, həyata keçirilən proqramların gənc alim və mütəxəssislərin inkişafında, xüsusən onların timsalında Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olub. Gənclər üçün Prezident Mükafatının təsisi, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərə “İlin gənc alimi” mükafatının verilməsi elmlə məşğul olan gəncləri yeni-yeni nailiyyətlərə təşviq edir.

Gənc alim və mütəxəssislərin dövlət başçısına daim güvəndiyini söyləyən F.Salmanov AMEA-da çalışan, eləcə də hər bir Azərbaycan gəncini Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.