CƏMİYYƏT


Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncam cəmiyyətdə həmrəyliyi, birliyi qoruyub saxlamaq ideyasına xidmət edir

Bakı, 28 may, AZƏRTAC

28 May - Müstəqillik Günü bütövlükdə xalqımızın üçün əlamətdar hadisədir. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən xalqımızın birliyini, bərabərliyini göstərmək baxımından 27 ildir davam edən əfv siyasətinin növbəti qərarı verilib. Beləliklə, Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına əsasən 204 insan azadlığa qovuşub. Doqquz şəxs isə probasiya xidməti, yəni onlara elektron qolbaqlar tətbiq edilməklə azadlığa qovuşub. Bu özlüyündə cəmiyyətdə həmrəyliyin, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı birliyi qoruyub saxlamaq ideyasına xidmət edir. Hesab edirəm ki, biz cəmiyyətimizdə bu birliyi hər zaman güclü saxlamalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, cinayət törətmək insan həyatında baş verə bilər. Amma bu mənəvi addımla məhkumlar islah olunub həyata qayıdırlar. Xüsusilə nəzər alsaq ki, bu gün azadlığa qovuşan insanların əksəriyyəti 2020-ci il Vətən müharibəsindən əvvəl bu cinayəti törədiblər. İndi artıq torpaqlarımızın, azad olunmuş ərazilərimizdə quruculuq işləri başlayıb. Ümidvarıq ki, bu insanlar həmin torpaqlarda yeni evlərin, qəsəbələrin, şəhərlərin tikilməsində iştirak edəcəklər. Bu insanlar gələcəkdə cəmiyyətə inteqrasiya və islah olunaraq, əmək prosesinə qayıda, potensialları ilə həmin prosesə töhfə verə bilərlər.

“İndiyədək imzalanmış 68 əfv Sərəncamı, 12 amnistiya qərarı bir dövlətin cəmiyyətdə humanizm ideallarının və prinsiplərinin güclənməsi üçün böyük töhfədir. Qeyd edim ki, ötən ilin fevralında başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasındakı müzakirələr və 10 iclas nəticəsində bu humanist addım atılıb. 2021-ci ildə növbəti amnistiya qərarı 17 mindən çox məhkuma tətbiq edilib. Bu il Vətən müharibəsindəki Qələbədən ötən ikinci ildə növbəti əfv Sərəncamı imzalanıb”, - deyə Zahid Oruc bildirib.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamını bu gün icra edib. Sərəncam, ümumilikdə, 213 nəfərə şamil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.