Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar məhkəmə-hüquq sistemini rəqəmsal çağırışlara uyğun təkmilləşdirir

Bakı, 28 aprel, AZƏRTAC

Bu günlərdə hüquq sisteminin rəqəmsal texnologiyalar əsasında inkişafına, bu sahədə müasir çağırışlara həsr olunmuş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu keçirilib. Forumun mövzusunun aktual və əhəmiyyətli olduğunu nəzərə alaraq AZƏRTAC tədbirdə Azərbaycanı təmsil etmiş ədliyyə naziri Fikrət Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik.

– Hörmətli Fikrət müəllim, məlumat verdiyimiz kimi, bu yaxınlarda keçirilmiş “Daşkənd Hüquq Baharı” Beynəlxalq Forumu Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusuna həsr olunub. Bu sahədə qlobal tendensiyaları müzakirə etmək və müsbət təcrübələri bölüşmək baxımından mühüm platforma olan forumun Azərbaycan üçün əhəmiyyəti barədə məlumat oxucularımız üçün maraqlı olardı.

– Əvvəlcə, müsahibə üçün təşəkkürümü bildirirəm. Qlobal pandemiya ilə əlaqədar bütün dünya üçün çətin bir vaxtda aktual mövzuya - rəqəmsal innovasiyalara əsaslanan Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusuna həsr olunmuş Beynəlxalq Hüquq Forumunun keçirilməsi olduqca əhəmiyyətlidir.

Forumun məqsədi müasir tendensiyaları və hüququn inkişaf perspektivlərini müzakirə etmək, beynəlxalq və yerli mütəxəssislər üçün açıq dialoq platforması yaratmaq, habelə hüquqi sahədə rəqəmsal texnologiyalara əsaslanmaqla həyata keçirilən islahatlar barədə beynəlxalq hüquq ictimaiyyətini məlumatlandırmaq idi.

Özbəkistan Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş forumda iştirak edən xarici dövlətlərin ədliyyə nazirləri, məhkəmə və digər orqanların, maliyyə institutlarının rəhbərləri, hakimlər, vəkillər və elm xadimləri tərəfindən Dördüncü Sənaye İnqilabı dövründə dövlətin hüquq siyasəti, rəqəmsallaşan dünyada məhkəmə sisteminin müstəqilliyi, pandemiya şəraitində hüquq institutlarının fəaliyyəti, arbitraj, mediasiya və vəkilliyin inkişaf perspektivləri, dövlət orqanlarının şəffaflığı üçün rəqəmsal imkanlar, elektron notariat, korrupsiyaya qarşı mübarizə və digər bir çox aktual mövzular üzrə çıxışlar edilib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Ölkəmizin də bu tədbirdə təmsil olunması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar və tətbiq olunan rəqəmsal innovasiyalar barədə beynəlxalq hüquq ictimaiyyətini məlumatlandırmaq, müsbət təcrübəmizlə bölüşmək imkanı yaradıb.

Xüsusilə forumda Avropa, Asiya və Amerika qitələrindən bir çox dövlətlərin, habelə BMT, ATƏT, Dünya Bankı, Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli təmsilçilərinin iştirak etdiyi nəzərə alınaraq Azərbaycan həqiqətləri, tarixboyu bizə və Türkiyəyə qarşı qondarma iddialar irəli sürən, soyqırımları törədən təcavüzkar Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətləri konkret faktlarla diqqətə çatdırılıb.

– İşğalçı Ermənistanın ölkəmizə qarşı təcavüzkar hərəkətlərinin, törətdiyi hərbi cinayətlərin dünyada ifşa olunması saxta erməni təbliğatının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir...

– Doğrudur. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə xalqımızın Böyük Qələbə qazandığı Vətən müharibəsində acı məğlubiyyətə uğrayan Ermənistan öz çirkin niyyətlərindən əl çəkməyərək beynəlxalq humanitar hüquq normalarına zidd cinayət əməllərini davam etdirir.

Bu baxımdan tarixi həqiqətlərin, iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması xüsusilə əhəmiyyətlidir.

Fevralın 26-da Ermənistanın xalqımıza qarşı törətdiyi Xocalı soyqırımının 29-cu ildönümündə dövlətimizin başçısının yerli və xarici jurnalistlərlə keçirilən mətbuat konfransında tutarlı, tarixi faktlara əsaslanan çıxışı soyqırımı həqiqətlərinin, Ermənistanın törətdikləri provokasiyaların və cinayətlərin dünyaya çatdırılması üçün növbəti önəmli addım oldu.

Azərbaycan həqiqətlərini və 44 günə əldə etdiyimiz Qələbəni 4 saat müddətində 4 dildə səlis formada dünya mediasının diqqətinə çatdıran Prezident İlham Əliyev hər kəslə öz dilində danışan, zəngin dünyagörüşə malik siyasi xadim olaraq bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan həm ön cəbhədə, həm də informasiya məkanında layiqli və düzgün cavablar verməyə qadirdir.

Ölkə rəhbərinin Vətən müharibəsi zamanı dünyanın aparıcı KİV-lərinə verdiyi çoxsaylı müsahibələr də Azərbaycana qarşı dezinformasiya yaymaq, tarixi həqiqətləri, faktları təhrif etmək istəyənlərə yetərli cavab oldu.

Bu günlərdə qondarma “erməni soyqırımı” ilə bağlı ABŞ Administrasiyasının yanlış və ədalətsiz bəyanatı da Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixi səhv olmaqla regionda sülhə və əmin-amanlığa ciddi təhdiddir. Tarixi həqiqətlərin təhrif edilməsi təəssüf doğurmaqla, Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin yanında olaraq bu bəyanatı pisləyir və qəbuledilməz hesab edir.

Təcavüzkar erməni millətçilərinin 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və bu tarixi hadisələrin obyektiv mənzərəsini yaradan Quba kütləvi məzarlığı, Xocalı soyqırımı, insanlıq əleyhinə törətdiyi digər cinayətlər - bütün bu və digər faktlar özünü dünyaya soyqırımına məruz qoyulan millət kimi təqdim edən ermənilərin əsl simasını üzə çıxarır.

Beynəlxalq qurumların, diplomatik korpusun təmsilçiləri Ermənistanın raket hücumlarına məruz qalan şəhərlərimizə səfər edərək dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin canlı şahidi olublar.

Həmçinin işğaldan azad edilmiş torpaqlarımıza səfərlər edən beynəlxalq ictimaiyyətin nümayəndələri və xarici jurnalistlər erməni vandalizminin nəticələrini – həmin ərazilərin büsbütün dağıdıldığını, maddi və mənəvi sərvətlərimizin, dini abidələrimizin məhv edildiyini öz gözləri ilə görüblər. Təsadüfi deyil ki, xarici jurnalistlər ermənilər tərəfindən viran edilmiş Ağdam şəhərini Qafqazın “Xirosima”sı adlandırıblar.

Bu hadisələr tarixi həqiqətləri təhrif edərək beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran Ermənistanın yalan təbliğatını dünyada ifşa edir.

Dünyanın 120 dövlətini birləşdirən Qoşulmama Hərəkatının beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində fəaliyyəti xüsusi qeyd olunmaqla Azərbaycanın ədalətli mübarizəsinin, haqlı mövqeyinin müdafiəsində üzv ölkələrin prinsipiallıq göstərərək dəstəyi, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə yüksək nüfuzunun və hörmətinin əyani təzahürüdür. Hazırda Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin başçısının qlobal əhəmiyyətli, o cümlədən pandemiyaya qarşı mübarizədə səylərin gücləndirilməsi ilə bağlı təşəbbüsləri, dünya ölkələrinin COVID-19 vaksini ilə ədalətli təminatına dair çağırışları beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır və qəbul olunur.

Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışlarına qoşulan ədliyyə işçiləri tərəfindən Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması ilə bağlı mütəmadi çıxışlar edilir, Ermənistanın işğalçılıq faktlarının və müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılır. Bununla bağlı nazirliyin rəsmi internet saytında üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılaraq interaktiv fəaliyyət göstərir.

Eyni zamanda, xarici ölkələrin Ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara tərəfimizdən 400-ə yaxın müraciət ünvanlanıb. Dünya ictimaiyyətinin düzgün və dolğun məlumatlandırılması məqsədi daşıyan həmin müraciətlər reaksiyasız qalmayıb, bəzi dövlətlər münasibət bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini bildirib, beynəlxalq hüquq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun pozuntularının araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər.

Daşkənd Hüquq Forumunda da tədbir iştirakçıları Ermənistanın beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozmaqla yaşayış məntəqələrimizi qadağan olunmuş kasetli və fosforlu bombalarla atəşə tutaraq uşaqlar və qadınlar daxil olmaqla, 100-ə yaxın mülki vətəndaşın həlak olması ilə nəticələnən müharibə cinayətləri barədə məlumatlandırılıb.

Eyni zamanda, Ermənistanın humanitar yardım adı altında mülki aviasiya vasitəsilə qanunsuz silah-sursat alaraq münaqişə zonasına göndərməsi, xarici muzdlu döyüşçüləri cəlb etməsi, işğal dövründə torpaqlarımızın cinayət, o cümlədən qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etməsi vurğulanıb.

Bildirməliyəm ki, törədilmiş cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı bir çox xarici dövlətlərə zəruri istintaq hərəkətlərinin aparılması üçün nazirlik tərəfindən 50-dən artıq sorğu göndərilib və forumda iştirak edən həmin ölkələrin nümayəndələrinin diqqəti buna cəlb olunub.

Tərəfimizdən, həmçinin müharibədən sonra Ermənistanın mina xəritələrini qərəzli olaraq verməməsinin dinc sakinlər və sülhməramlılar arasında xəsarətlərə və yeni qurbanlara səbəb olduğu, yaralanan və həlak olan ancaq mülki vətəndaşların sayının 100-ü ötdüyü diqqətə çatdırılıb.

Düşmənin qeyd edilən bu və digər insanlıq əleyhinə cinayətlərinin mümkün platformalardan istifadə olunmaqla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Azərbaycana qarşı uzun illərdir Ermənistanın törətdiyi işğalçılıq siyasətinə, soyqırımı və digər cinayətlərinə hüquqi qiymət verilməsinə nail olmaqdır.

Bununla yanaşı, sülhsevər dövlət olaraq bölgədə yeni formatda əməkdaşlığa açıq olan Azərbaycan tərəfindən işğaldan azad edilmiş doğma torpaqlarımızın dirçəldilməsi ilə bağlı nəhəng bərpa-quruculuq işləri aparılır.

Vətən müharibəsində Böyük Qələbəmizdən sonra dövlətimizin başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə müntəzəm, o cümlədən yenicə Cəbrayıl və Zəngilan rayonlarına səfərləri, ikinci beynəlxalq hava limanının, yeni avtomobil yolunun təməlinin qoyulması və digər görülən tədbirlər doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olmaqla “Böyük qayıdış”ın başlamasından xəbər verir.

Respublikamızın Birinci vitse-prezidentinin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hərtərəfli tərəqqisi naminə gerçəkləşdirilən mühüm layihələr çərçivəsində azad edilmiş ərazilərdə dini abidə və məscidlərimizin bərpa olunmasına xüsusi önəm verilir.

Eyni zamanda, yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunur. Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub.

Bütün bunlar azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin necə sürətlə getdiyini göstərir və onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ cənnətə çevriləcəkdir.

– Dövlətimizin başçısının növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən etdiyi milli prioritetlərdən biri müasir innovasiyalar məkanının yaradılmasıdır. Forumun gündəliyində də olmuş rəqəmsal texnologiyaların hüquq sistemində tətbiqi ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?

– Məşhur kəlamda deyildiyi kimi, “texnologiyalar güclü islahatların mühərrikidir”. Buna görə təəccüblü deyil ki, müasir İKT-nin geniş tətbiqi dövlətimizin mühüm prioritetlərindəndir və bu sahə sürətlə inkişaf edir. İnternetin əhatə dairəsinə görə Azərbaycan MDB ölkələri sırasında liderdir.

Cənab Prezidentimizin dövlət başçısı kimi 17 illik fəaliyyəti müasir Azərbaycanın daha da möhkəmlənməsinə, onun iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə yönələrək bütün sahələrdə davamlı inkişafı, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizi təmin edib.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır”.

Dünya Bankının “Doing Business” hesabatına görə, ölkəmiz artıq bir neçə ildir ki, 10 ən islahatçı dövlətlərdəndir, Davos İqtisadi Forumunun hesabatına əsasən isə hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir.

Nüfuzlu beynəlxalq reytinq təşkilatlarının verdiyi yüksək qiymət respublikamızın hərtərəfli və davamlı inkişafını əyani təzahür etdirməklə, uğurlarımızın təməlində dövlətimizin başçısının güclü və qətiyyətli siyasi iradəsi, düşünülmüş və uzaqgörən siyasəti, islahatlara verdiyi müstəsna əhəmiyyət və dəstək dayanır. Eyni zamanda, ölkə rəhbərinin həyata keçirdiyi çoxşaxəli islahatlara dəyərli töhfələr verən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər xüsusi qeyd olunmalıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır, iqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə rəqəmsal təşəbbüslər həyata keçirilir, bununla əlaqədar normativ aktlar və dövlət proqramları qəbul olunur. Rəqəmsal cəmiyyət dövlətimizin başçısının bu ilin fevralında təsdiq etdiyi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən biri kimi müəyyən edilib. Eyni zamanda, müasir telekommunikasiya və rəqəmsal arxitektura quruculuğunun idarə olunması, müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişafı ilə bağlı işlərin səmərəli əlaqələndirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən yenicə “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı imzalanıb.

Müasir texnologiyalar cəmiyyət həyatının bütün sahələrinə nüfuz edir və hüquq sahəsi də istisna deyil. BMT-nin Baş katibi Antonio Quterreşin dediyi kimi: “Gələcək qanunun aliliyi texnologiyalar əsasında qurulmalıdır ki, onların köməyi ilə insanların ədalət məhkəməsinə əlçatanlığını asanlaşdırmaq və yeni çağırışlarla ayaqlaşmaq mümkün olsun”.

Hüquqi islahatın uğurlu olması üçün, ilk növbədə, onun təməlində sistemli, ardıcıl və elmi cəhətdən əsaslandırılmış hüquq siyasəti durmalıdır.

Bu gün qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması və sair dövlətin hüquq siyasətinin mərkəzində dayanır və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılaraq dinamik inkişaf edir.

Təkcə son 5 il ərzində 4200 qanun və Prezidentin sosial-iqtisadi inkişafa, əhalinin rifahının yaxşılaşmasına dair fərmanı qəbul edilib ki, onların əksəriyyətinin praktiki olaraq işlənib hazırlanmasında Ədliyyə Nazirliyi fəal iştirak edib.

Bundan başqa, nazirlik tərəfindən daim yenilənən və əhali üçün açıq olan qanunvericiliyin elektron bazası yaradılıb. Ötən il bu elektron resursdan əhalimizin demək olar ki, dörddə bir hissəsi istifadə edib.

Bildirməliyəm ki, hüquq siyasətinin həyata keçirilməsində məhkəmə sistemi böyük rol oynayır və əsas prioritetlərdən olan İKT tətbiqi onun səmərəliliyini artırır, ədalət məhkəməsinə əlçatanlığı yaxşılaşdırır. Artıq bu gün bəzi ölkələrdə blokçeyn texnologiyası istifadə edilir, bəzi işlərə hətta hakimin iştirakı olmadan baxılır.

Azərbaycan zamanla ayaqlaşmağa çalışaraq məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə xüsusi önəm verir.

Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi islahatlar aparılaraq konseptual baxımdan yeni, ən qabaqcıl İKT ilə təchiz edilmiş məhkəmə infrastrukturu, başqa sözlə, hi-tech məhkəmələr yaradılıb və yeni inşa olunmuş müasir məhkəmə bina və komplekslərinin əksəriyyətinin açılışını məhkəmə hakimiyyətinə müstəsna əhəmiyyət verən dövlətimizin başçısı şəxsən həyata keçirib, görülən işlərlə tanış olub.

Dövlətimizin başçısı, həmçinin hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirərək məhkəmə fəaliyyətinin müasirləşdirilməsi və bu sahədə mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, qərarların ədalətliliyinin təmin edilməsi, şəffaflığın artırılması, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı və digər konkret tapşırıq və tövsiyələr verib.

Bu məsələdə bizə əhəmiyyətli dəstək göstərən Dünya Bankı ilə sıx əməkdaşlığımız, o cümlədən birgə layihələrin həyata keçirilməsi xüsusi qeyd olunmalıdır.

Dövlətimizin başçısının tapşırığına əsasən “Elektron məhkəmə” informasiya sistemi yaradılaraq hazırda səmərəli tətbiq olunur. Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir, elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir və sənədlərin əldə olunması vaxtını 10 dəfəyə qədər azaldır. Bu məqsədlə məhkəmə sisteminin vahid internet portalı və onun tərkibində “şəxsi elektron kabinet” yaradılıb.

Yeri gəlmişkən, artıq bir neçə ildir ki, kommersiya mübahisələri üzrə icraat yalnız elektron qaydada aparılır. Bu sistemin tətbiqi məhkəməyə əlçatanlığı əhəmiyyətli dərəcədə genişləndirib, süründürməçiliyi nəzərəçarpacaq qədər azaldıb, şəffaflığı və operativliyi təmin edib ki, bu da mülki kateqoriyadan olan məhkəmə işlərinin xeyli çoxaldığı şəraitdə olduqca vacibdir.

“Elektron məhkəmə” artıq bütün məhkəmələrin 2/3-də tətbiq edilir və məqsədimiz onun ölkə üzrə tam təmin olunmasını tezləşdirməkdir.

Məhkəmə fəaliyyətində şəffaflığa xüsusi önəm verilərək, həmçinin bütün məhkəmə qərarlarının elektron dərc olunması təmin edilir və bu zaman şəxsi həyat sirrinin qorunması üçün xüsusi proqramla onlar anonimləşdirilir.

Bundan başqa, məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və sairə imkan verən “Mobil məhkəmə” tətbiqi işlənib hazırlanıb və istifadəyə verilib.

Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanın bu sahədə layihəsini dünyada ən uğurlu hesab edib və göstəricilərimiz “Doing Business 2020” hesabatında öz əksini tapıb.

İnformasiya texnologiyalarının məhkəmə idarəetməsində də rolu az əhəmiyyətli deyil. Bununla bağlı işləyib hazırladığımız sistem elektron statistika əsasında müxtəlif analitik hesabatlar hazırlamağa, məhkəmələrin və hakimlərin fəaliyyətini qiymətləndirməyə, onların işinin məhsuldarlığını müəyyən etməyə imkan verir. Bu sahədə təcrübəmiz beynəlxalq maraq doğuraraq xüsusi mükafata layiq görülüb.

Hazırda məhkəmə fəaliyyətində süni intellektin tətbiqi ilə bağlı qarşımızda yeni çağırışlar durur. İşlərin əmr icraatında baxılmasının avtomatlaşdırılmış sisteminin uğurlu tətbiqi elektron qaydada verilən iddiaların 24 saat ərzində avtomatik rejimdə həllinə imkan yaradıb və süni intellekt alqoritmi əsasında on minlərlə belə məhkəmə qərarının çıxarılmasına nail olunub.

Süni intellektin tətbiqi sayəsində artıq məhkəmə qətnamələri bəzi kateqoriyalar üzrə ümumiləşdirilir. “Məhkəmə qərarlarının vahid elektron bazası” gələcəkdə yekun qərarların “maşınla hazırlanması”nı təmin etməyə imkan verəcəkdir.

Bununla yanaşı, pandemiya ilə əlaqədar bilavasitə fəaliyyətin məhdudlaşdırılması nəzərə alınaraq qanunvericiliyə operativ olaraq dəyişikliklərin edilməsi məhkəmə işlərinə videokonfrans formatında da baxılmasını mümkün edib.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı görülən kompleks tədbirlərin tərkib hissəsidir. Ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm “yol xəritəsi” olan bu Fərman dövlətimizin başçısının cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılmasına, vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürüdür.

Digər bir mühüm məsələ cəza siyasətinin humanistləşdirilməsidir. Azərbaycanda dövlət başçısının təşəbbüsü ilə bir neçə il əvvəl bu sahədə qlobal islahatlar başlanılıb və bu gün də davam etməkdədir. Belə ki, cinayət qanunvericiliyinə 500-ə yaxın dəyişiklik edilərək onlarla cinayət əməli dekriminallaşdırılıb, yeni alternativ cəza növləri təsbit olunub və bununla demək olar, hər yeddinci məhkum cəzadan azad edilib və ya cəzası yüngülləşdirilib.

Probasiya xidmətinin yaradılması alternativ cəzaların daha səmərəli icrasına xidmət edib. Rekord bir vaxtda elektron qolbaqların geniş tətbiqinə nail olunub ki, onlara xüsusi Elektron Monitorinq Mərkəzi tərəfindən gecə-gündüz onlayn rejimdə nəzarət edilir.

Eyni zamanda, dövlətimizin başçısının humanist siyasətinin təzahürü olaraq əfvetmə institutu davamlı sürətdə geniş tətbiq edilir. Ötən il pandemiya şəraitində yaşı 65-dən yuxarı olan məhkumların tam əksəriyyəti Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Bu il Novruz bayramı ərəfəsində dövlətimizin başçısının imzaladığı əhatəliyinə görə ən böyük əfvlərindən olan Sərəncamı isə 625 nəfərə şamil olunub, onlardan 475-i azadlığa buraxılıb.

Bununla yanaşı, vaxtından əvvəl şərti azadetmə institutunun tətbiqi də davamlı xarakter alıb və vətəndaş cəmiyyəti bu prosesə fəal qoşularaq xüsusi karantin rejimi şəraitində işlərə videokonfrans formatında baxılması təmin edilib.

– Fikrət müəllim, ədliyyə sahəsində innovasiyalar barədə də qısa məlumat verməyinizi istərdik.

– Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi çərçivəsində ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. “Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 30-dan artıq müxtəlif elektron xidmətlər göstərilir ki, təkcə ötən il bu xidmətlərdən istifadə edənlərin sayı 1,5 milyona çatıb.

Nazirlik tərəfindən yaradılmış innovativ xidmətlərə gəlincə isə hazırda notariat xidmətlərinin məsafədən elektron ədliyyə köşkü vasitəsilə 24 saat onlayn göstərilməsi mümkündür. Notariatın rəqəmsallaşmasında növbəti addım isə bilavasitə banklarda və sosial xidmətlərdə notariat hərəkətlərinin dərhal yerində rəsmiləşdirilməsi ilə bağlı elektron notariat kabinetlərinin yaradılmasıdır. Eyni xidmətlər, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və böyük sosial əhəmiyyətə malik olan “DOST” mərkəzlərində də göstərilir.

Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar nazirlik tərəfindən hazırlanmış, “Elektron notariat” informasiya sisteminə və aidiyyəti məlumat resurslarına birbaşa çıxışı olan xüsusi “elektron notariat çantası” vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.

Bundan başqa, Azərbaycanın məhsulu olan “Mobil notariat” tətbiqi işlənərək hazırlanıb. Bu proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatlar tətbiqə yüklənir. Onun köməyi ilə istifadəçilər notariat ofisinə getmədən videoəlaqə vasitəsilə müxtəlif növ notariat hərəkətlərini rəsmiləşdirmək imkanına malikdirlər.

Dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi ilə vətəndaş-məmur münasibətləri tamamilə yeni səviyyəyə keçib. Bu istiqamətdə inqilabi addım olan “ASAN xidmət”in yaradılmasını xüsusi qeyd etmək istərdim.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılaraq ölkəmizin “ixrac edilən” brendinə çevrilmiş və ədliyyənin də mühüm xidmətlər göstərdiyi “ASAN xidmət”in innovativ fəaliyyəti BMT-nin mükafatlarına layiq görülməklə onun təcrübəsinin dünyada yayılması tövsiyə edilib və artıq bir sıra dövlətlər, o cümlədən Özbəkistan Azərbaycanın bu sahədə təcrübəsi ilə yerində tanış olaraq ASAN modelindən bəhrələniblər.

Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bu və digər sahələrdə nailiyyətləri Forumda böyük maraq doğurub və iştirakçıların sualları cavablandırılıb.

– Yeri gəlmişkən, Özbəkistanla ədliyyə sahəsində əməkdaşlıq münasibətləri, Forum çərçivəsində imzalanmış Əməkdaşlıq Proqramı barədə də məlumat maraqlı olardı.

– Bildirməliyəm ki, Azərbaycan-Özbəkistan dostluq və səmərəli əməkdaşlıq münasibətləri uğurla inkişaf edir və bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu vardır.

Xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslanan ikitərəfli münasibətlərimizdə hüquqi əlaqələr də xüsusi yer tutur. İki ölkə arasında geniş müqavilə-hüquq bazası mövcuddur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə Özbəkistana tarixi səfəri zamanı, həmçinin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Sazişin implementasiyası çərçivəsində nazirliyin nümayəndə heyətlərinin ikitərəfli səfərləri həyata keçirilib, faydalı təcrübə mübadiləsi aparılıb.

Özbəkistan Ədliyyə Nazirliyinin nümayəndə heyətləri Azərbaycana səfərlər edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə və məhkəmə islahatları, əldə olunan nailiyyətlər və tətbiq edilən rəqəmsal innovasiyalarla, Azərbaycan brendi olan “ASAN xidmət”lə tanış olub, bu sahədə müsbət təcrübəmizdən bəhrələniblər.

COVID-19 qlobal pandemiyasına baxmayaraq, əlaqələrin dərinləşdirilməsi ilə bağlı qarşılıqlı niyyət ifadə olunaraq Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında 2021-2022-ci illər üçün Əməkdaşlıq Proqramı işlənərək hazırlanıb və razılaşdırılıb.

Forum çərçivəsində özbəkistanlı həmkarım Ruslanbek Davletovla keçirilmiş videokonfrans formatında ikitərəfli görüş zamanı həmin sənəd tərəfimizdən imzalanıb.

Əməkdaşlıq Proqramı ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin və rəqəmsal innovasiyaların tətbiqinin öyrənilməsi, qanunvericilik, məhkəmə ekspertizası, qeydiyyat, notariat, hüquqşünasların tədrisi və digər sahələrdə konkret tədbirləri, onların pandemiya şəraitinə uyğun bilavasitə və ya videokonfrans formatında keçirilməsini nəzərdə tutur.

Əminliklə deyə bilə bilərik ki, bu sənəd iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcək və hüquqi sahədə təcrübə mübadiləsinin aparılması hər iki tərəf üçün faydalı olacaqdır.

– Cənab nazir, bizə vaxt ayırdığınıza və dəyərli fikirlərinizlə bölüşdüyünüzə görə bir daha dərin minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY