CƏMİYYƏT


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil strategiyası uğurla həyata keçirilir

Bakı, 28 oktyabr, AZƏRTAC

2021/2022-ci tədris ilində Nəsimi rayonu ərazisində yerləşən ali təhsil ocaqlarına yüksək balla daxil olan tələbələrlə görüş keçirilib.

YAP Nəsimi rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri təbrik edib. Onlara gələcək tələbə həyatlarında uğurlar arzulayan rayon təşkilatının sədri müasir dünyada hər bir ölkənin gələcəyinin o ölkələrdə təhsilin səviyyəsi, xüsusilə də ali məktəblərin inkişafı ilə müəyyən edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatların bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Azər Süleymanov insan kapitalının Azərbaycanın gələcəyi üçün necə böyük əhəmiyyət daşıdığını konkret faktlarla əsaslandırıb. Dövlətimizin başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək proqramların təsdiqini Azərbaycanda təhsilinin davamlı inkişafına yönələn dövlət siyasəti olduğu vurğulanıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, hər il olduğu kimi, bu il də yüksək bal toplayan gənclərin böyük qismi Nəsimi rayonunda yerləşən ali təhsil ocaqlarını seçib. O, həmçinin bunun heç də təsadüfi olmadığını, bunda Nəsimi rayonunun ziyalı rayonu kimi tanınmasının müstəsna rol oynadığını qeyd edib.

YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Salman Salmanov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil strategiyasının uğurla həyata keçirilməsindən söhbət açıb. O, yüksək bal toplayan gənclərin təhsilinə xüsusi önəm verildiyini, imtahanları müvəffəqiyyətlə verərək ölkənin ən qabaqcıl universitetlərində təhsil alacaq bugünkü tələbələrin yüksəkixtisaslı kadr kimi müstəqil Azərbaycanın iqtisadi inkişafına, tərəqqisinə layiqli töhfələr verəcəyinə inandığını vurğulayıb.

Tədbirin sonunda yüksək bal toplamış tələbələrə hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.