SİYASƏT


Prezident İlham Əliyevin strateji liderlik qabiliyyəti və müdrik siyasəti Azərbaycanın siyasi sabitliyinin əsas amilidir

Bakı, 2 avqust, AZƏRTAC

Siyasi sabitlik bir ölkənin inkişafında böyük əhəmiyyət kəsb edən amildir, çünki zaman keçdikcə bu amil iqtisadi artımın qanuni səviyyəsinə səbəb olursa həm də zəif iqtisadi inkişafın nəticəsinin başlanğıcı rolunda çıxış edir. Bu baxımdan, siyasi sabitlik amilinin hər bir ölkədə gələcək və davamlı inkişaf üçün əhəmiyyətli dərəcədə şərt olduğu qənaətinə gəlinir. Siyasi sabitlik ölkənin iqtisadi artımında, sadəcə, müəyyən müddət üçün mühüm rol oynamır, eyni zamanda, sabit siyasi mühit dayanıqlı inkişaf üçün ardıcıl və davamlı yolun qurulmasına kömək edir. Dövlətin uzunmüddətli perspektivdə dövlət siyasətinin əhatə dairəsini daxildə və xaricdə yaxşılaşdırmaq üçün siyasi sabitlik və iqtisadi artım arasındakı əlaqə yenidən nəzərdən keçirilir. Dünyasının əsas hissələrində müşahidə olunan siyasi qeyri-sabitlik hadisələri, dünyanın maliyyə böhranının kəskin təsiri altına düşməsi, beynəlxalq münasibətlər sisteminin əsas aktorları arasında şiddətli fikir ayrılıqlarının, əhalinin məcburi yerdəyişməsinin, humanitar böhranın, ərzaq təhlükəsizliyinin, və mərkəzləşdirilmiş idarəetmə strukturlarının ümumi çatışmazlığının mövcudluğu fonunda Azərbaycan təhlükəsizlik, sabitlik və rifah ölkəsi kimi, sadəcə, regionumuzda lider dövlət deyil, eyni zamanda, bütün dünya siyasi arenasında beynəlxalq hüququn aliliyi prinsipini əsas tutaraq konstruktiv siyasət yürüdən azsaylı ölkələrdən biridir. Bu amillərə milli maraqlarımızın tam təmin olunması da daxil olur ki, bu da gücümüzə əlavə güc qatır, siyasi və iqtisadi rıçaqlarımızı daha da möhkəmləndirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri politoloq Şəbnəm Həsənova söyləyib.

Politoloqun sözlərinə görə, baş verən hadisələr sübut edir ki, indiki reallıqda bir çox dövlətlər vahid idarəçilik sisteminin mövcudluğundan, xalq-iqtidar birliyinin monolit şəkildə möhkəm varlığından məhrumdur. Güclü dövlətlərin öz maraqları, siyasi liderlərin şəxsi maraqları, siyasi və iqtisadi ambisiyaları sosial, iqtisadi və siyasi ədalətsizliklərlə müşahidə olunur. Siyasi qeyri-sabitlik əsasən hökumətin fəaliyyət göstərə bilməməsi və ölkədə milli institutların və qanunun aliliyinin səriştəsinin zəifliyi ilə nəticələnir. Belə olan məqamda inklüziv hökumətin formalaşdırılmasında qətiyyətli addımlar atılmalıdır, çünki bu addımlar xalqın və bütövlükdə ölkənin sülh, birgəyaşayış və davamlı inkişaf məqsədlərinə çatmasına təsir göstərir. Həm keyfiyyət, həm də kəmiyyət baxımından təsviri statistikalar bizə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin liderlik qabiliyyəti və uzaqgörən siyasəti Azərbaycanın siyasi sabitliyinin əsas amilləridir. Prinsipcə, ölkənin təhlükəsizliyi əsas ehtiyaclardan biri kimi qiymətləndirilən mühüm cəhətdir ki, mükəmməl sabitlik olmadan da hər şey təhlükə altında olacaq. Siyasi qeyri-sabitlik olan bir ölkə heç vaxt çiçəklənə və inkişaf edə bilməz. Baş verən müharibələr və müharibələrlə əlaqəli yaranan münaqişə ocaqları səbəbi ilə yüz minlərlə insanlar qurulmuş həyatlarını tərk edərək öz ev-eşiklərindən uzaq düşürlər. İnsanlar həyatını itirir, daha çoxu qaçqın kimi daxildə və xaricdə didərgin düşür, çoxlu sayda müəssisələr təsirlənir və ictimai infrastruktur da daxil olmaqla, bir çox əmlak da kütləvi şəkildə məhv edilir. Siyasi mübahisə, sabitlik və milli inkişaf məqsədinə çatmaqda liderliyin uğursuzluğu, qanunun aliliyinin olmaması və milli təhlükəsizliyin tənəzzülü bütövlükdə ölkə üçün kəskin uğursuzluq problemidir. Bütün bu təcrübələr fonunda cənab Prezident İlham Əliyev illər ərzində elə bir siyasi konsepsiya formalaşdırdı ki, Azərbaycan, sadəcə, 44 gün kimi qısa zaman ərzində torpaqları azad etməklə kifayətlənmədi, sonrakı və indiki mərhələdə şərtləri diktə edir, təşəbbüskarlığı əlində saxlayır, işğaldan azad etdiyi torpaqları öz daxili resursları hesabına dirçəldir, Böyük Qayıdışı təmin edir. Aydın görünən reallıqdır, bir tərəfdə, çox tərəfdə müharibə, münaqişə, qaçqınlıq, bir sözlə hərtərəfli yoxluq, digər tərəfdə sabitlik, yurda geridönüş, çiçəklənmə. Bütün bunlar təbii ki, mümkünsüz görünə bilər, bu mümkünsüz söz isə o zaman müsbət tərəfə çevrilir ki, bir xalqı öz ağlı, zəkası, dərin biliyi, strateji düşüncə tərzi ilə idarə etməyi bacaran bir Lider olsun. Uzaqgörən siyasi xadim, mükəmməl idarəçi və islahatçı Lider İlham Əliyev atdığı addımlarla sadəcə bölgənin təhlükəsizliyini təmin etmir, Azərbaycan dövlətinin təşəbbüskarı qismində təklif etdiyi əməkdaşlıq platformaları, sadəcə, bölgə xalqlarına rifah vəd etmir, eyni zamanda, səbəb-nəticə əlaqəsinə dayanaraq yürüdülən enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına və bilavasitə artan bu cari tələbatın təmin edilməsinə verdiyimiz böyük və ölçülü töhfə regionumuzda sülhü möhkəmləndirməyə xidmət edən güclü balanslaşdırıcı amilə, milli maraqlarımızın təminatçısına çevrilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.