CƏMİYYƏT


Prezident İlham Əliyevin yeni Sərəncamı həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir

Bakı, 16 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edən vacib addımdır.

Bunu AZƏRTAC-a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

“Dövlət başçısı tərəfindən həssas sosial qrupların sosial rifahın qorunması ilə bağlı ardıcıl qanunvericilik təşəbbüsləri irəli sürülür. Həmin qanunvericilik aktlarına uyğun olaraq müvafiq qurumlar sosial siyasətin həyata keçirilməsi üçün müvafiq addımlar atırlar,” – deyə C.Hüseynzadə bildirib. Bu gün imzalanan Sərəncamı çox əhəmiyyətli adlandıran ekspert deyib: “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Bu rəqəm olduqca əhatəli bir rəqəmdir və ölkə əhalisinin 20 faizini nəzərdə tutur. Əhatə etməklə yanaşı bu sərəncam ünvanlıdır və əhalinin həssas sosial qrupuna hədəflənib”.

Ölkə başçısının fəaliyyəti dövründə sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı davamlı olaraq həyata keçirildiyini xatırladan C.Hüseyzadə rəqəmlərə müraciət edib: “2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əməkhaqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyiş hesab olunur.

Dövlət tərəfindən dövrün və zamanın tələbləri nəzərə alınmaqla sosial təminat sahəsində ədalətli münasibətlərin formalaşması əsas prioritetlərdən biridir. Bu məqsədlə ümumilikdə son üç ildə ölkəmizdə 900-dən çox normativ-hüquqi akt qəbil edilib. Qanunvericilik bazasında bu dəyişikliklər əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub. Nəticədə sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

Eyni zamanda nəzərə almaq lazımdır ki, maliyyə tutumlu sosial islahatların növbəti mərhələsi məhz postmüharibə dövrünə təsadüf edir. Ötən 1 il ərzində paralel olaraq şəhid ailələrinin, qazilərimizin sosial problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, onların müalicəsi və reabilitasiyası üçün ən müasir vasitələrdən istifadə olunub və proses uğurla davam etməkdədir. Bu həm də onu göstərir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə güclü bir dövlətə çevrilib, dövlətin və ölkə vətəndaşlarının mənafeyi ilə bağlı bütün addımları vaxtında atır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.