Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəçilərə təqdim edilib

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəçilərə təqdim edilib

Bakı, 17 aprel, AZƏRTAC

Bakı müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı tarixinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qədim və ən böyük şəhərlərindən biridir. Harada doğulmasından, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Bakını özünün doğma şəhəri hesab edir.

Şəhərin Abşeron yarımadasında coğrafi-strateji mövqedə yerləşməsi və zəngin karbohidrogen ehtiyatlarına malik olması onun keçmişlə müasirliyin vəhdətində meqapolis kimi formalaşmasına səbəb olub.

Bakı hələ şəhər infrastrukturunun formalaşmasından öncə də regionda marağı olan dövlətlərin, səyyahların və missionerlərin diqqətini cəlb edib. Bakı qədim dövrdən yaşayış məntəqəsi kimi məşhurlaşıb, orta əsrlərdən etibarən şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizinə çevrilib, tranzit liman şəhəri kimi formalaşıb. Müxtəlif dövrlərdə Şirvanşahlar dövlətinin, Bakı xanlığının, Bakı quberniyasının, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı olub.

Dünyanın paytaxt şəhərləri arasında özünəməxsus yeri olan və multikultural dəyərlərin qorunub saxlanıldığı Bakı şəhəri müstəqil Azərbaycan dövlətinin paytaxtı kimi sürətlə inkişaf edib, müasir memarlıq abidələri ilə daha da zənginləşib. Paytaxt Bakı bu gün müxtəlif ölkələrdən gələn turistlərin və iş adamlarının daha çox bəyəndikləri bir məkana çevrilib. Bakıda bir çox dövlətlərin diplomatik korpusları, beynəlxalq təşkilatların və xarici şirkətlərin nümayəndəlikləri yerləşir. İstər Azərbaycan vətəndaşları, istərsə də xaricdən ölkəmizə gələn qonaqlar Bakı haqqında daha ətraflı məlumat əldə etmək istəyirlər.

İstifadəçilərin bu informasiya tələbatını nəzərə alaraq, Bakı şəhərinin tarixi keçmişi, müasir vəziyyəti haqqında onlara dolğun, sistemli və dəqiq məlumatın çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilis və rus dillərində “Bakı” elektron resursunu işləyib hazırlayıblar.

Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, bu kitabxananın fondlarına daxil olan materiallardan istifadə edilməklə hazırlanan resursun kontenti 10 fəsildən, 40 bölmədən ibarətdir.

2019-cu il aprelin 17-də kitabxananın saytında yerləşdirilən elektron resursun 14 bölmədən ibarət birinci fəsli “Tarix” adlanır. Bu fəsildə Bakı tarixinin ən qədim dövrdən günümüzə qədər bütün mərhələləri xronoloji ardıcıllıqla ayrı-ayrı mətnlərdə istifadəçilərin nəzərinə çatdırılır. Həmin fəslin “Səyyahlar Bakı haqqında” bölməsində müxtəlif vaxtlarda Abşeron yarımadasında və Bakıda olmuş səyyahların şəhər haqqında təəssüratları öz əksini tapır.

Resursun ikinci fəsli “Paytaxt” adlanır və 8 bölmədən ibarətdir. Həmin bölmələrdə Bakı şəhərinin inzibati-ərazi bölgüsü, əhalisi haqqında dolğun məlumat verilib, şəhərin iqtisadiyyatı, təhsil, mədəniyyət, turizm və idman sahələri ayrı-ayrılıqda təhlil edilib. Bu fəsildə, həmçinin Bakı şəhərinin rəmzləri və atributları haqqında materiallar tarixi ardıcıllıqla işıqlandırılıb.

“Bakı” elektron resursunun “Memarlıq” adlanan fəsli 5 bölmədən ibarətdir. Bu fəsildə Bakının qədim dövrlərdən başlamış müstəqillik dövrü də əhatə olunmaqla şəhər memarlığının inkişaf mərhələləri xronoloji ardıcıllıqla əks etdirilib. Bakının ən qədim hissəsi olan İçərişəhər və onun dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri haqqında bu fəsildə əyani təsvirlərlə ayrı-ayrılıqda məlumat verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının bir sənaye şəhəri kimi formalaşdığı dövrün memarlığına ayrıca bölmə həsr edilib. Sovetlər dövründə Bakı şəhərinin görkəmi bir sıra nadir memarlıq inciləri ilə daha da zənginləşib. Bakı memarlığının həmin dövrü də ayrıca bölmədə işıqlandırılıb. Bu fəslin “Müstəqillik dövrü” adlanan növbəti bölməsində müasir və eyni zamanda, özündə milli xüsusiyyətləri birləşdirən yeni yaşayış komplekslərinin salınması, parkların, inzibati və ictimai binaların inşa edilməsi, yeni-yeni memarlıq abidələrinin ucaldılması haqqında ətraflı məlumat verilib. Həmin fəslin sonuncu bölməsi “Köhnə və yeni adlar” adlanır. Bu bölmədə köhnə Bakının küçələrinin və meydanlarının müasir adlarla qarşılığını özündə əks etdirən siyahı oxuculara təqdim edilir.

Resursun növbəti fəsli “Sənədlər” adlanır. Bu fəsildə Bakının tarixinə dair sənədlər “Orta əsrlər”, “ Rusiya imperiyası dövrü”, “Xalq Cümhuriyyəti dövrü”, “Sovetlər dövrü” və “Müstəqillik dövrü” adlanan bölmələrdə toplanıb.

“Xronologiya” adlanan fəsildə qədim dövrdən bu günümüzə qədər Bakının tarixində baş vermiş mühüm hadisələrin qısa xronologiyası öz əksini tapıb.

Resursun növbəti fəsli “Görkəmli şəxslər” adlanır. Bu fəsildə Bakıda doğulan, ölkə və dünya miqyasında dövlətçilik, elm və texnika, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi xidmətləri olan şəxslər haqqında qısa bioqrafik məlumatlar əlifba sırası ilə verilib.

“E-Resurslar” fəslinin “E-kitablar” bölməsində Bakı şəhərinin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, memarlığına, görkəmli bakılılara aid kitabxananın fonduna daxil olan müxtəlif dillərdə 120-yə yaxın kitabın elektron versiyaları toplanıb. Həmin kitabların bir qismi kitabxananın Nadir ədəbiyyat fondunda saxlanılır və XX əsrin əvvəllərində nəşr edilib. “E-məqalələr” bölməsində isə Azərbaycan, rus və ingilis dillərində Bakı şəhərinə aid 166 məqalənin elektron versiyası istifadəçilərə təqdim edilir.

Resursun “Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondlarına daxil olan Bakı şəhərinə aid müxtəlif dillərdə 530 kitabın biblioqrafik təsvirləri toplanıb.

“Bakı” elektron resursunun maraqlı fəsillərindən biri də “Fotoqalereya” adlanır. Bu fəsildə 100-dən çox nadir şəkil “Köhnə Bakı” və “Müasir Bakı” başlıqları altında istifadəçilərə təqdim edilir.

“Videoqalereya” adlanan sonuncu fəsildə köhnə və müasir Bakıya həsr olunmuş sənədli filmlər toplanıb.

http://bakucity.preslib.az  ünvanında təqdim edilən elektron resursun materialları müntəzəm olaraq yenilənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO