REGİONLAR


Prezident Kuboku uğrunda çövkən yarışlarında yarımfinalçılar müəyyənləşib

Şəki, 16 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəkinin Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunları Mərkəzində dekabrın 13-də startı verilən Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlarda yarımfinalçılar müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 16-da keçirilən dörddəbir final oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Sərhədçi” – “Şəki” 1:0;

“Buta” – “Murad” 2:0;

“Polad” – “Qala” 6:0;

“Omar” – “Köhlən” 4:0.

Beləliklə, dörddəbir final oyunlarında qalib gələn “Sərhədçi”, “Buta”, “Polad” və “Omar” komandaları yarımfinala vəsiqə qazanıblar. Yarımfinal və final oyunları dekabrın 22 və 24-də Bakı şəhərində yerləşən Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışların Şəki mərhələsində 12 komanda mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.