SİYASƏT
Prezident Nikolas Maduro: Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər. Biz bir çox dünya ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. Təhlükəsizlik Şurasının daxilində əlimizdən gələni edəcəyik ki, beynəlxalq hüquq tətbiq olunsun.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Venesuela Prezidenti Nikolas Maduro oktyabrın 22-də Bakıda mətbuata bəyanatında bildirib.
Prezident Nikolas Maduro vurğulayıb ki, Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. “Venesuela Sizin yeni, etibarlı dostunuzdur. Cənab Prezident, Venesuela xalqının, dövlətinin, vətənimiz Bolivarın adından bir daha bildirirəm ki, bizə arxalana bilərsiniz. Biz dostuq. Bir-birimizə etibar edirik. Dövlətlərimizin rifahını və dünyada sülhü təmin etmək əzmindəyik”, - deyə dövlət başçısı vurğulayıb.