REGİONLAR


Prezident Qəbələ, Qobustan və Şəkidə yeni ümumtəhsil məktəbi binalarının tikilməsi haqqında sərəncamlar imzalayıb

Bakı, 30 iyul, AZƏRTAC

Prezident İlham Əliyev Qəbələ rayonunun Zarağan, Qobustan rayonunun Təklə Mirzəbaba kəndlərində və Şəki şəhərində yeni ümumtəhsil məktəbi binalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən Zarağanda 528 şagird yerlik, Təklə Mirzəbabada 132 şagird yerlik, Şəki şəhərində isə 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binalarının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq ümumilikdə 4,5 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.