CƏMİYYƏT


Prezident Qobustan rayonunda xəstəxana tikintisinə 15,52 milyon manat vəsait ayrılıb

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, xəstəxana tikintisinin davam etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitdən 15,52 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Ayrılan vəsait Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisinə, mövcud xəstəxana binalarının təmirinə, avadanlıq və inventarla təchiz olunmasının başa çatdırılmasına yönəldiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.