SİYASƏT


Prezident Rəcəb Tayyib Ərdoğan: Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparır VİDEO

Ankara, 14 oktyabr, AZƏRTAC

Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün qətiyyətli mübarizə aparır, başqa tələbi yoxdur. Minsk qrupu isə hələ də bu işi gecikdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında söyləyib.

Hazırda Türkiyədə yüz minə yaxın Ermənistan vətəndaşının olduğunu, onların ölkənin bütün imkanlarından rahat istifadə etdiklərini, onlara qarşı heç bir ayrı-seçkilik olmadığını, Ermənistanın isə Azərbaycan torpaqlarını işğal edib yerli azərbaycanlı əhalini öz yurdundan didərgin saldığını diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Ortada işğal faktı var. Əgər dünyada insan haqları, demokratiya varsa, sizin də Minsk qrupunun həmsədrləri olaraq işiniz bu problemin həllini yubatmaq deyil, həll etməkdir. Otuz ildir ki, toplaşırlar, danışırlar, dağılışırlar. Bir münaqişənin müzakirələri otuz il çəkərmi?”.

Rəcəb Tayyib Ərdoğan deyib: “Vətən uğrunda mübarizə aparan azərbaycanlı qardaşlarıma Rəbbimdən güc, qüvvət, zəfər arzu edirəm. Ermənistanın həm hücum edən, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq edən ölkələrin məqsədi münaqişəni dayandırmaq deyil. Əgər belə olsaydı Azərbaycanın yaşayış yerlərinə ballistik raketlərlə hücumlar edən Ermənistana təzyiq edərdilər. İşğal altındakı Azərbaycan torpaqlarındakı zülmləri, qətliamları otuz ildir görməzliyə vuranların bu gün ədalətdən danışmaları səmimi deyil. Yaşadığımız təcrübələr bizə deyir ki, haqq-ədalətə nail olmağın yolu mübarizədir. Azərbaycanlı qardaşlarımız da bu istiqamətdə qərarlı mübarizə yolundadırlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.