DÜNYA
Prezident Rəcəb Tayyib Ərdoğan: Ordumuzla qurur duyuruq
Ankara, 15 fevral, AZƏRTAC
Bundan sonra hər kəsin qarşısında iki yol var: ya Türkiyə ilə birlikdə hərəkət edərək bəhanəsiz şəkildə terrorla mübarizə aparacaq, ya da əliqanlı terror təşkilatlarının hər cinayətlərinin ortağı kimi vicdanları və beynəlxalq platformalar qarşısında hesab verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi partiyanın Rizə vilayət təşkilatının konfransındakı çıxışında ifadə edib.
AKP sədri Rəcəb Tayyib Ərdoğan, həmçinin Rizə toplantısından videokonfrans vasitəsilə Aksaray, Əskişəhir və Konya təşkilatlarının konfransına da qatılıb və çıxışının əsas hissəsini gündəlikdə duran məsələlərə həsr edib. Türkiyə Ordusu ilə qürur duyduğunu bildirən Prezident Ərdoğan Silahlı Qüvvələrinin ölkə daxilində və sərhədboyu bölgələrdə bir sıra uğurlu antiterror əməliyyatları keçirdiyini diqqətə çatdırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara