MƏDƏNİYYƏT


Prezident Vladimir Putin Xalq rəssamı Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib

Moskva, 29 noyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Kremlin saytında yerləşdirilmiş məktubda deyilir: “Siz nadir istedad sahibi, genişmiqyaslı yaradıcılıq planları quran, sənətinə tələbat duyulan rəssam və pedaqoq kimi tanınmısınız, parlaq istedadlı şagirdlərinizin və davamçılarınızın bütöv bir nəslini tərbiyə etmisiniz. Sizin çoxplanlı, həmişə maraqlı sərgi və bərpa layihələrinin reallaşdırılmasına böyük töhfəniz, incəsənətə sədaqətiniz, əlbəttə, ən dərin hörmətə və ehtirama layiqdir”.

Prezident Vladimir Putin Xalq rəssamı Tahir Salahova cansağlığı diləyib, ən xoş arzularını bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.