“Prezident kuboku-2022” reqatası Mingəçevirdə davam edir
AzerTAg.az
Mingəçevir, 7 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası davam edir.
AZƏRTAC xəbər verir ki, reqatanın ikinci gününə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start verilib.
Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançının qatıldığı turnirdə akademik avarçəkmə növündə qaliblər müəyyənləşəcək.
Turnirin birinci günündə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.
“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.














Xəbərin mətnində orfoqrafik səhv var