İDMAN


“Prezident kuboku-2022” reqatasında 5 ölkədən 100-dən artıq idmançı mübarizə aparacaq

“Prezident kuboku-2022” reqatasında 5 ölkədən 100-dən artıq idmançı mübarizə aparacaq

Mingəçevir, 5 may, AZƏRTAC

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnir təşkil olunacaq. Belə ki, mayın 6-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident kuboku-2022” turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdən əvvəl – mayın 5-də Mingəçevirdə komandaların rəsmi keçidi baş tutacaq. Komanda rəsmiləri paradın sonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.

Reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.