“Prezident kuboku-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib
AzerTAg.az
27.01.2023 [12:39]

Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir uğura nail olub.
AZƏRTAC AKAF-a istinadla xəbər verir ki, federasiyanın mayın 4-7-də Suqovuşan və Mingəçevirdə təşkilini planlaşdırdığı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Assosiasiyanın rəsmi internet səhifəsinin xəbər bölməsində yarışla bağlı məlumat da dərc olunub.
Xatırladaq ki, AKAF-in ötən il oktyabrın 21-23-də təşkil etdiyi “Mingəçevir reqatası” da Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında yer almışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
22.03.2023 [00:14]
21.03.2023 [20:05]
21.03.2023 [19:56]
21.03.2023 [19:53]
MULTİMEDİA
21.03.2023 [19:09]
21.03.2023 [16:34]
20.03.2023 [19:42]
21.03.2023 [23:52]
21.03.2023 [23:44]
20.03.2023 [15:42]
20.03.2023 [13:02]
20.03.2023 [11:26]
20.03.2023 [10:30]
19.03.2023 [21:49]
21.03.2023 [20:00]
21.03.2023 [19:43]
21.03.2023 [18:18]
18.03.2023 [10:07]
17.03.2023 [12:49]
21.03.2023 [09:05]
20.03.2023 [20:21]
19.03.2023 [17:24]
21.03.2023 [22:55]
21.03.2023 [17:00]
21.03.2023 [14:24]
21.03.2023 [19:34]
21.03.2023 [18:10]
Xəbərin mətnində orfoqrafik səhv var