SİYASƏT
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyində seçki məntəqəsi yaradılıb
Kiyev, 14 mart, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizin Ukraynadakı səfirliyində seçki məntəqəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 39 saylı seçki məntəqəsində hazırlıq işləri başa çatıb.
Məntəqə seçki komissiyasının sədri Vüsal Süleymanov bildirib ki, məntəqədə səfirliyin əməkdaşları ilə yanaşı, Ukraynada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Kiyevdə səfərdə olan və xidməti vəzifələrini icra edən ölkə vətəndaşları səs verə biləcəklər.
Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev