ELM VƏ TƏHSİL


Prezident təqaüdçüsü: Mənə göstərilən etimadı doğrultmağa çalışacağam

Bakı, 10 sentyabr, AZƏRTAC

SAT imtahanını 1340 balla, Dövlət İmtahan Mərkəzinin imtahanlarını isə 665 balla keçən Nərmin Verdiyeva ADA Universitetinin biznesin idarə edilməsi ixtisasını seçib. O, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Nərmin Verdiyeva bu il həm də ADA-nın “Akademik məqsədlər üçün ingilis dili proqramı”nı fərqlənmə ilə bitirib. O bildirib ki, göstərilən etimadı doğrultmağa çalışacaq.

Nərmin Verdiyeva ADA Universitetində alacağı təhsilin gələcək karyerasında mühüm rol oynayacağına inanır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 9 sentyabr tarixli Sərəncamına əsasən 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrdən Prezident təqaüdünə layiq görülənlər sırasında ADA Universitetinin 7 tələbəsi də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.