ELM VƏ TƏHSİL


Prezident təqaüdçüsü: Məqsədim Azərbaycanın adını bütün dünyada ucaltmaqdır

Bakı, 4 oktyabr, AZƏRTAC

Bu il ən yüksək nəticə ilə ali məktəbə qəbul olan 102 tələbə Prezident təqaüdü qazanıb. Onların arasında yüksək bal toplayan iki bacı da Prezident təqaüdçüsü olub.

AZƏRTAC Prezident təqaüdü qazanan Nəzrin və Həmidə bacıları ilə həmsöhbət olub.

Onlar Prezident İlham Əliyevin bitirdiyi 6 saylı məktəb-liseyin məzunudurlar. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan bacılar bu universiteti atalarının yolunu davam etdirmək üçün seçdiklərini deyirlər. Onların qəbul imtahanı nəticələri də demək olar ki, eynidir.

660,9 bal toplayan Nəzrin Sadıqova Prezident təqaüdünü qazanmağın ən böyük arzularından biri olduğunu bildirib: “Çox sevinirəm ki, Allah bu sevinci mənə və bacıma yaşatdı. Məqsədim ilk olaraq dövlətimizə layiqli bir vətəndaş olmaq və Azərbaycanın adını bütün dünyada ucaltmaqdır”.

660.2 bal toplayan Həmidə Sadıqova isə gələcəkdə təhsilini xaricdə davam etdirmək fikrindədir. O deyib: “Prezident təqaüdü almaq mənim üçün böyük sürpriz oldu. Çox qürurverici və sevindirici hissdir. Vətənim, dövlətimizin və dövlətçiliyimizin qorunması üçün əlimdən gələni etməyə hazıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.