Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə minnətdarlıq: İnanırıq ki, bu çətinliklər arxada qalacaq və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq

Prezidentə minnətdarlıq: İnanırıq ki, bu çətinliklər arxada qalacaq və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq

Bakı, 30 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır, bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər.

Ölkəmizin bütün bölgələrindən vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir.

Finlandiyadakı Azərbaycan icması adından dövlətimizin başçısına minnətdarlıq edən Vasif Muradlı və Arzu Oqtay yazırlar: “Möhtərəm cənab Prezident, biz Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları - Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatı Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması üçün verdiyiniz mühüm qərarları, xaricdə yaşayan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə göstəriş vermənizi yüksək qiymətləndirərək minnətdarlığımızı bildiririk. Sizin harada yaşamağımızdan asılı olmayaraq ölkə vətəndaşlarına verdiyiniz yüksək dəyər bizim Sizə olan inamımızı daha da möhkəmləndirir. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COVID-19 virusuna yoluxma və bu virusdan ölüm halları digər ölkələrdən dəfələrlə az müşahidə olunması Sizin müdrik qərarlarınız, yürütdüyünüz siyasət və görülən qabaqlayıcı tədbirlər sayəsində oldu. Cənab Prezident, çox sevindirici haldır ki, dünyada yaşayan bütün soydaşlarımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınız ətrafında sıx birləşdi. Əminik ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində dövlətimiz bu bəladan ən az itki ilə tez bir zamanda çıxacaq. Bu nəcib işlərinizə görə Finlandiyadakı Azərbaycan icması adından Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk”.

Azərbaycan Prezidentinə məktub ünvanlayanlar arasında əcnəbi vətəndaşlar da var. Çinin Quancou Universitetinin tələbələri Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang, Yilian Gao, Caiyan Vu və Vei Qi yazırlar: “Hörmətli cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım, Sizi Çində yaşayan və Sizin pərəstişkarınız olan tələbələrin adından salamlayırıq. Biz Çinin Quancou Universitetinin tələbələriyik. Bu gün Sizə məktub yazmaq imkanından şərəf hissi duyur və özümüzü xoşbəxt sayırıq. Bu fürsətdən istifadə edərək Sizə və ailənizə hər şeyin ən yaxşısını arzulayırıq. Sizi nailiyyətlərinizə görə təbrik edir və sülhsevər səyləriniz üçün Zati-alinizə təşəkkür edirik. Biz Sizi çox sevir və dəstəkləyirik. Hər zaman da dəstəkləyəcəyik. İnanırıq ki, böyük əməksevərliyiniz və müdrikliyiniz gələcəkdə xalqınıza daha xoşbəxt və daha parlaq həyat yaşadacaq. Sizə böyük işlərinizdə uğurlar arzulayırıq. Həyata keçirdiyiniz böyük işləri görmək üçün gələcəkdə Bakıya gəlməyi də planlaşdırırıq. Əgər Sizi gələcəkdə doğma şəhərimizdə görmək səadəti bizə nəsib olsa, qonaqpərvərliyimizlə yanaşı, Sizə olan böyük hörmətimizi də məmnuniyyətlə nümayiş etdirərik. Dünyada koronavirusun yayıldığı bir vaxtda Sizə, ailənizə və xalqınıza təhlükəsiz, sağlam həyat diləyirik”.

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Adil Ramazanov: “Möhtərəm cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, yüksək intellektual səviyyəniz və qabaqcadan düşünülmüş ağıllı, müdrik siyasətiniz sayəsində bu günlərdə baş verən dəhşətli pandemiyadan Azərbaycan xalqı ən az itkilərlə çıxmaq ərəfəsindədir. Bu səbəbdən Sizə ailəmiz və qohumlarımız adından təşəkkürümüzü bildiririk. Sizə Allahdan cansağlığı arzu edirik. Allah Sizi qorusun!”.

Bakı şəhərinin Binəqədi rayonunun sakini Şəfa Qasımzadə: “Möhtərəm Prezidentimiz, mən 83 saylı məktəb-liseyin 7 ”d” sinif şagirdiyəm. Sizə öz adımdan və ailə üzvlərimizin adından xoş sözlərimi çatdırmaq istəyirəm. Çox sağ olun ki, koronavirusla mübarizə dövründə öz xalqınızın, birinci növbədə, biz uşaqların sağlamlığını və gələcəyini hər şeydən üstün tutursunuz. Bizə təhsildə geriləməməyimiz üçün şərait yaratdınız. Evdə qalsaq da təhsildən qalmadıq. Mən bütün yaşıdlarımın adından və öz adımdan Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm”.

Neftçala rayonunun Xəzər kəndindən Zərnişan Hüseynova: “Möhtərəm Prezidentimiz, bütün dünya təhlükəli virusa qarşı mübarizə aparır. Ölkələr tədbirlər görərək vətəndaşlarını xilas etməyə çalışır. Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində bizim vətəndaşlarımız bu bəlanı yüngül itkilərlə keçirdi. Sizin və əziz Mehriban xanımın xalqa müraciəti qəlbimi riqqətə gətirdi. Müraciətinizdə bir daha xalqımızı necə sevdiyinizi, qeydinə qaldığınızı, onu bu bəladan qurtarmaq üçün necə çalışdığınızı göstərdiniz. Sizin səmərəli fəaliyyətiniz nəticəsində, vaxtında qəbul olunan qərarlar sayəsində biz çətin günləri arxada qoyduq. Qısa zamanda səhiyyə, iqtisadiyyat, sosial sahədə görülən işləri təqdir edirik. Mən on iki uşaq anasıyam. Nəvələrim, nəticələrim var. Karantin rejimində onları görməmək mənə çətin olsa da, qaydalara riayət edib evdə qalıram. Bilirəm ki, Sizin sayənizdə bu çətin günlər tezliklə keçəcək. Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. İnşallah, rəhbərliyinizlə bu təhlükə də sovuşacaq, xalqımız firavan günlərə dönəcək. Mən də, ailəm də hər zaman Sizi dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”.

Gəncə şəhər sakinləri adından Nəsrəddin Seyfullayev, Hüseyn Alıyev, Ceyran Məcidova, Fatma Məmmədova və Rəfiqə Quliyeva yazırlar: “Möhtərəm cənab Prezident, bildirmək istəyirik ki, yaşadığımız Gəncə şəhəri Hacıbəyov və Arani küçələrində binaların dam örtükləri Sizin tapşırığınıza əsasən dəyişdirilərək yenilənib. Binaların təmirində keyfiyyətli tikinti materiallarından istifadə olundu. Hazırda sanki yeni tikilmiş binalarda yaşayırıq. Sizin Gəncə şəhərinə göstərdiyiniz daimi diqqət və qayğının nəticəsində şəhərimiz gündən-günə gözəlləşir. Bu səbəbdən bina sakinləri adından Sizə təşəkkür edir və cansağlığı arzu edirik”.

Ağdam rayonunun Qiyaslı kəndindən İsmayıl Qaçaylı: “Hörmətli cənab Prezident, hazırda dünya və ölkəmiz ağır sınaqdan keçir. Koronavirus pandemiyası hər gün dünyada yüzlərlə insanın həyatına son qoyur. Bu infeksiya bir müddətdir ki, Azərbaycanda da ən aktual mövzuya çevrilib. Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri həyata keçirilir. Biz ölkə vətəndaşları olaraq yaxşı dərk edirik ki, bu virusla mübarizədə hər birimiz maksimum ehtiyatlı və məsuliyyətli olmalı, verilən tapşırıq və tövsiyələrə əməl etməliyik. Bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısını almaq istiqamətindəki bütün təşəbbüslərinizi dəstəkləyirik. Sizin də dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Sumqayıt şəhərinin sakini Müslüm Abbasov: “Çox hörmətli cənab Prezident, Siz həmişə Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşaması üçün əlinizdən gələni əsirgəməmisiniz. Köməyə, dəstəyə ehtiyacı olan hər kəsin yanında olmaq Sizə xas olan xüsusiyyətdir. COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə gördüyünüz qabaqlayıcı işlər öz nəticəsini yüksək səviyyədə göstərir. Atanız ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqını böyük bir bəladan xilas etdiyi kimi, Sizin də ölkəmizi bu sınaqdan az itki ilə, uğurla qurtaracağınıza inanırıq. Sizə dərin minnətdarlığımızı bildirir və cansağlığı arzu edirik”.

Sumqayıt şəhərinin Corat qəsəbəsindən Nargilə Mədinova: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının doğurduğu bu çətin günlərdə şəhid ailələrinə və imkansız ailələrə göstərdiyiniz diqqətə, verilən sosial yardımlara, göndərilən ərzaq sovqatlarına görə bütün Corat qəsəbəsinin qadınları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Uca Allah hər zaman Sizinlə olsun!”.

Zaqatala rayonunun sakini Şakir Cabbarov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi, virusdan zərər çəkmiş sahələrdə çalışan işçilərin əməkhaqqının ödənilməsi, əhalinin sosial cəhətdən həssas təbəqələrinə yardım edilməsi, eləcə də iqtisadiyyatın qorunması üçün verdiyiniz tapşırıqlar ölkəmizin bu bəladan ən az itkilərlə çıxması ilə nəticələnməkdədir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsinin işçi heyəti olaraq indiki bu ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və onun qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk”.

Ağdaş rayonunun sakini Günay Əhmədova: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən COVID-19 pandemiyası dövründə ölkəmizdə qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, iqtisadiyyatın təhlükəli riskdən qorunması yolunda həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, insanların təhlükəsiz yaşayışı, əhalinin işlə təmin edilməsi, sağlamlığının qorunması üçün göstərdiyiniz hərtərəfli qayğı gözlərimiz qarşısında baş verib. Əziz Prezidentim, Sizin bu ağır zamanda - pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə diqqətçəkəndir. Bu yaxınlarda işsizliyə görə mən də 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Sözün düzü, bu, mənə xeyli kömək etdi, çətinliyimi qismən aradan qaldırdı. Ölkəmizdə məlum səbəbdən işləyə bilməyən on minlərlə insana göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, bu çətinliklər arxada qalacaq, ölkəmizin başı üzərini alan bu “qara buludlar” tezliklə çəkiləcək və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb