Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Azərbaycan əsgərinə xüsusi diqqət və qayğınızın nəticəsi olaraq bu gün düşmənə layiqli zərbə endirməyə qadir güclü Ordumuz var

Prezidentə yazırlar: Azərbaycan əsgərinə xüsusi diqqət və qayğınızın nəticəsi olaraq bu gün düşmənə layiqli zərbə endirməyə qadir güclü Ordumuz var

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevə respublikamızın bütün guşələrindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

AZƏRTAC Prezident saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Xalq yazıçısı Natiq Rəsulzadə yazır: “Hörmətli cənab Prezident, son günlərin hadisələri vəhşiləşmiş erməni faşizminin simasını bütün dünyaya bir daha göstərdi. Təcavüzkar ölkənin rəhbərliyi vicdan əzabı çəkmədən öz ambisiyaları naminə, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaqdan ibarət merkantil şəxsi istəkləri, öz qeyri-insani məqsədləri naminə ölkənin gələcəyi olan gəncləri qurban verərək sadə xalqın övladlarını ölümə göndərir. Bizim rəşadətli ordumuzun döyüşlərdə verdiyi itkilər, həyatın astanasında olan hərbi qulluqçularımızın, gənc əsgərlərimizin həlak olması xalqın səbir kasasını daşdırır.

Hörmətli cənab Prezident, Azərbaycan xalqı bütün tarixboyu dəfələrlə döyüş meydanlarında öz rəşadətini sübut edib. Azərbaycan xalqı düşmənlə mübarizəyə qalxıb və mənfur təcavüzkar üzərində qələbə qazanıb. Bunu Böyük Vətən müharibəsi də sübut edib, bu müharibənin döyüş meydanlarında Vətənimizin yüz minlərlə övladı canından keçib. Bunu Aprel döyüşləri də sübut edib, o vaxt düşmən çox sərt və qətiyyətli şəkildə dəf edildi. Mənim atamın da iştirak etdiyi uzaq Böyük Vətən müharibəsi illərində həmvətənlərimiz özlərinin böyük, çoxmillətli ölkəsi uğrunda alman faşizminə qarşı bu cür qəhrəmancasına döyüşə bilibsə, indi xalqımız Sizin bir sözünüzlə doğma torpağımızı – sevimli Azərbaycanımızı qorumaq üçün murdar erməni faşizminə qarşı döyüşə cəsarətlə gedəcək.

Hörmətli cənab Prezident, mənim yetmiş bir yaşım var və qəhrəmanlıq iddiasında olmadan Sizə deyirəm: yaranmış şəraitdə mən öz xalqımla, xalqımızın ziyalıları ilə birlikdə Vətənə məhəbbətimi sözdə deyil, əməli işdə sübut etməyə hazıram. Mən nə siyasətçiyəm, nə də diplomat, mən yazıçıyam, lakin hər şeydən əvvəl, mən də Sizin kimi - öz Vətənini, xalqını ürəkdən sevən vətəndaşam. Şairlərin öz dövrü var, əsgərlərin öz dövrü. İndi əsgərlərin dövrüdür”.

YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin Həsilov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bütün dünyada müharibələrin susduğu bir zamanda mənfur düşmənlərimiz sərhədyanı bölgədə, xüsusilə Tovuz istiqamətində yenə də təxribatlar törətmişlər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq”.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyev: “Hörmətli cənab Prezident, Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının üzvlərinin adından salamlayır, keçmiş döyüşçülərin daim Sizə inandıqlarını, hər an döyüş əmrinizə hazır olduğumuzu bildiririk. Azərbaycanın inkişafını gözü götürməyən namərd qonşularımızın fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bu dəfə də belə oldu. Hər bir Azərbaycan vətəndaşı bilir ki, Azərbaycan dövləti əmin əllərdədir, çünki sabitliyimizin qarantı olan Siz varsınız, sərhədlərimizi qoruyan rəşadətli ordumuz, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisimiz var”.

Salyan rayonunun Həsənli kəndinin sakini Kamran Dünyamalıyev: “Hörmətli cənab Prezident, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı qəti şəkildə pisləyir, düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə qısa müddətdə Qarabağımızı işğaldan azad edəcəyik. Sizin iradənizə inanır, döyüşə hazır əsgəriniz kimi əmrinizi gözlədiyimi bildirirəm”.

Salyan rayonunun daha bir sakini Amil Babayevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, biz daim Sizin prinsipial, qətiyyətli siyasətinizi dəstəkləyirik. Verdiyiniz hər bir əmr bizim döyüş andımızdır. İşğalçı dövlətin törətdiyi təxribatın qarşısını alan ordumuzla fəxr edirik. Bu ordu Sizin sayənizdə qüdrətlidir.

Cənab Prezident, Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, keçmiş döyüşçü kimi əlimə silah alıb düşmənə qarşı döyüşməyə hazır olduğumu bildirirəm. Sizinlə fəxr edir, qürur duyuruq. Hər birimiz Sizin əsgərinizik!”.

Qax rayonundan Tələt Abbasov: “Hörmətli cənab Ali Baş Komandan, Milli Ordumuz çətin pandemiya dövründə belə öz xalqı ilə maraqlanmayan, təcavüzkar, faşist ideologiyalı Ermənistanın son günlər Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatlarına Sizin rəhbərliyinizlə layiqli cavab verməkdədir. Biz Sizin Qarabağ münaqişəsində tutduğunuz qətiyyətli mövqe və igid vətən oğullarının şücaəti ilə daim fəxr edirik.

Hörmətli Ali Baş Komandan, Yeni Azərbaycan Partiyası gənci olaraq Sizin əmrinizi gözləyir, ölkəm uğrunda döyüşməyə hazır olduğumu bildirirəm. Yaşasın müstəqil Azərbaycan!”.

Xaçmaz rayonundan Aybəniz Ədilova: “Hörmətli cənab Prezident, Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuzda olan ruh yüksəkliyi, peşəkarlıq, müasir hərbi texnikalar hər an torpaqlarımızı azad etməyə imkan verir. Biz YAP gəncləri olaraq daim Sizin yanınızdayıq, Sizin əmrlərinizi gözləyirik! Allah Sizi qorusun!”.

Zaqatala rayonundan Vüsal Ramazanov: “Hörmətli cənab Ali Baş Komandan. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa və hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hər bir vətəndaşımız yaxşı bilir ki, Azərbaycanın güclü dövləti, güclü ordusu var. Cənab Ali Baş Komandan, döyüş təcrübəsi olan zabit və əsgərlərimiz hər zaman Sizinlədir. Biz Sizə inanır və güvənirik. Əmrinizi gözləyirik, cənab Ali Baş Komandanımız!”.

Masallı rayonunun Gəyəçöl kəndindən Məmmədqulu Həsənov: “Hörmətli cənab Prezident, Sizin fəaliyyətiniz daim xalqımızın rifahının yüksəlməsinə, insanlarımızın qayğı və problemlərinin yerində həll olunmasına yönəlib. Xalqımızın firavan yaşayışı naminə atdığını addımlar öz bəhrəsini verir. Bu günlərdə kəndimizdəki köhnə, sıradan çıxmış elektrik dirəkləri yeniləri ilə dəyişdirildi. Bununla da işıqla təminatımız xeyli yaxşılaşdı, fasiləsiz işıqla təmin olunduq.

Cənab Prezident, Azərbaycan xalqının qayğısına qalaraq onların problemlərinin həlli istiqamətində gördüyünüz əməli tədbirlərlə bağlı Sizə dərin təşəkkürümüzü bildirir və gələcək işlərinizdə uğurlar arzulayırıq”.

Bərdə rayonundan Nəsibə Kərimova: “Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınmasında ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur. Bizə qürur yaşadan güclü ordumuzun Ali Baş Komandanı Sizsiniz, cənab Prezident. Ali Baş Komandanımız kimi Sizə bildirmək istəyirəm ki, hər zaman əmrinizi gözləyirik. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm”.

Siyəzən rayonundan Bəxtiyar Seyidov: “Cənab Ali Baş Komandan, məlum olduğu kimi, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycanın mövqelərinə ağır artilleriya qurğuları ilə atəş açıb təxribat törətmişlər. Bunun qarşılığında Azərbaycan Ordusu adekvat cavab verərək düşməni susdurub şəhidlərimizin qisasını aldı. Məhz Sizin Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə göstərdiyiniz xüsusi diqqət və qayğının nəticəsi olaraq bu gün düşmənə layiqli zərbə endirməyə qadir olan güclü Azərbaycan Ordusu var. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Cənab Ali Baş Komandan, YAP-ın Gənclər Birliyinin Siyəzən rayon təşkilatının üzvü olaraq Sizin əmrinizlə düşmənlə üz-üzə dayanıb, rəşadətli bir Azərbaycan əsgəri kimi döyüşməyə hazıram”.

Bərdə rayonundan Şamxal Yaqubov: “Hörmətli cənab Prezident, Siz hər zaman Azərbaycan Respublikasının milli maraqlarının təmin olunması üçün çalışırsınız. Ölkəmizin müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması məhz bu milli maraqların əsas qayəsidir. Sizin sayənizdə bu gün güclü orduya malik olan Azərbaycan Respublikası onun dövlət sərhədini pozmağa çalışan qüvvələrə anında elə sarsıdıcı cavab verir ki, təxribatçılar üçün onun təsiri illərlə davam edir. Ordumuz bizim qürur mənbəyimizdir.

Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Son aldığımız nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişiniz ilə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm”.

Xaçmaz rayonundan Ülkər Lətifova: “Cənab Ali Baş Komandan, bu gün Azərbaycan gəncliyi Sizin gördüyünüz işlərlə qürur duyur. Xüsusən də ölkəmizin təhlükəsizliyi naminə gördüyünüz işlər, ordu quruculuğuna yetirdiyiniz diqqət göz qabağındadır. Artıq düşmənlərimiz vahimə içərisindədir. Sizin "Qarabağ Azərbaycandır və nida" sözünüz onların Qarabağı tezliklə tərk edəcəklərinə və məcbur köçkünlərimizin həmin torpaqlara qayıdacaqlarına böyük bir işarədir. YAP gəncləri daim Sizin ətrafınızda sıx birləşib və Sizin əmrinizi gözləyir. Biz Sizə inanırıq, cənab Prezident”.

Füzuli rayonundan Aydın Rəşidli: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, son hadisələrdən sonra biz Füzuli gəncləri əldə silah Vətənimiz Azərbaycanın rahat, firavan, gözəl gələcəyi üçün döyüşmək istəyirik. Füzuli gəncliyi Sizə inanır və hər zaman Sizin yanınızdadır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur