Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Bu şanlı Qələbə Sizin iradəniz, qətiyyətiniz, müdrik və uzaqgörən siyasətiniz sayəsində əldə edildi

Prezidentə yazırlar: Bu şanlı Qələbə Sizin iradəniz, qətiyyətiniz, müdrik və uzaqgörən siyasətiniz sayəsində əldə edildi

Bakı, 7 dekabr, AZƏRTAC

Rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də digər ölkələrin azərbaycansevər vətəndaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Almaniyanın Verl şəhərindən Əli Göktürk yazır: “Möhtərəm Prezident, şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Sizin rəhbərliyinizlə işğal altındakı ərazilərin azad edilməsində qazanılan zəfərinizə “Mübarək olsun!” deyir, Sizə hörmət və minnətdarlığımı bildirirəm. İnanıram ki, işğaldan azad edilmiş bütün ərazilərdə ən qısa zamanda quruculuq işləri başlayacaq və bu böyük zəfəriniz türk dünyasının birləşməsinə, bir olmasına imkan yaradacaq. Sizin timsalınızda şanlı Azərbaycan Ordusunun bütün igid əsgərlərinə minnətdaram və ehtiramla sonsuz salamlarımı çatdırıram. Tanrı türk ümmətini qorusun!”.

Rusiyanın Moskva şəhərindən Ramil Əliyevin məktubunda deyilir: “Möhtərəm Prezident İlham Əliyev, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Rusiya Federasiyası Moskva Vilayətinin İstra rayonunda azərbaycanlılar bu şanlı Qələbəni və Azərbaycanın tarixi torpaqlarının azad edilməsini bu günə kimi qeyd edirlər. Bu şanlı Qələbə ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük əməyiniz, iradəniz və qətiyyətiniz sayəsində əldə edildi. Sizin komandanlığınız altında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində torpaqlarımızın azad edilməsinə nail oldu. “Moskva Vilayətinin İstra şəhər dairəsinin Azərbaycan İcması” yerli ictimai təşkilatı parlaq Qələbəyə, eləcə də Azərbaycanın dövlət başçısı kimi apardığınız uğurlu xarici və daxili siyasətə görə Sizə səmimi qəlbdən minnətdarlığını bildirir”.

Goranboy rayonundan Nəzrin Kərimli: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mənim 19 yaşım var, Goranboy rayonunda, müharibə veteranının ailə üzvüyəm. Müharibənin hər dəqiqəsini həyəcanla yaşayan biri kimi Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Arxa cəbhədən ön cəbhəyə əlimizdən gələn köməyi edib, onları ruhlandırmağa, ilhamlandırmağa çalışdıq. Arxa cəbhədə olan insanların ilham mənbəyi isə Siz idiniz, cənab Prezident! Müsahibələriniz zamanı verdiyiniz səlis cavablarınız bizə güc verdi. Yüksək səslə bütün dünyaya haqq yolunda olduğumuzu bəyan etməyiniz, rəhbərliyinizlə şanlı ordumuzun zəfər çalması bizi bir yumruq olan Azərbaycana çevirdi. Biz 44 günlük müharibədən sonra başqa bir Azərbaycan olduq! Sizin yüksək hərbi şücaətiniz və diplomatik qalibiyyətiniz nəticəsində bizim müqəddəs Laçınımız işğaldan azad olundu. Bundan əvvəl Ağdam və Kəlbəcər rayonları da bir güllə belə atılmadan geri qaytarıldı. Uğrunda minlərlə şəhid verdiyimiz torpaqları şəhid vermədən azad etdiyiniz üçün Sizə minnətdaram. Biz güclü bir liderlə, cəsur Ali Baş Komandanla Azərbaycanı bütün dünyaya yenidən tanıtdıq. Siz Azərbaycanın qara bəxtli Qarabağına günəş kimi doğdunuz! Siz Qarabağımızın fatehi, igid sərkərdəsisiniz! Sizin sayənizdə bu gün mən qalib, düşmən tapdağında torpağı olmayan, başıdik, alnı açıq Azərbaycan vətəndaşıyam. Azərbaycan xalqı bir daha əmin oldu ki, gələcəyə İlhamla irəliləyəcək. Ulu liderimiz Heydər Əliyevin dediyi kimi mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Füzuli rayonunun sakini Telman Hüseynov: “Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandanım, 2020-ci il sentyabrın 27-dən torpaqlarımızın azadlığı uğrunda başlayan döyüşlərdə qalib gələcəyimizə inanırdım. Çünki bizim güclü Ordumuz və Müzəffər Ali Baş Komandanımız var. Füzuli torpağında Azərbaycan bayrağı dalğalananda ömrümün 87-ci ilində ürəyimdə qalan arzularım yenidən oyandı. Qısa bir müddətdə işğal olunmuş torpaqlarda və nəhayət Qarabağın tacı olan Şuşamızda bayrağımızın dalğalanması ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunuzu bir daha sübut etdi. Qarabağsız Azərbaycan tam deyildi, Siz Qarabağı yenidən bizə qaytardınız. Tarixi ədaləti bərpa etdiniz və sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Hələ 1982-ci ildə ümummilli lider Heydər Əliyev Füzuli rayonuna səfər edərkən onu qarşılayanlar arasında mən də olmuşdum. İnanıram ki, tezliklə işğaldan azad olmuş torpaqlar çiçəklənəcək və mən Sizi doğma Füzulimdə qarşılayacağam. Allah Sizi qorusun mənim və xalqımın əbədi Prezidenti!”.

Ağdam sakini Yelmar Kərimov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mən 1972-ci il sentyabrın 5-dən Azərbaycanın qurucusu, yaradıcısı, müstəqilliyinin banisi ulu öndər Heydər Əliyevin dostu, Yeni Azərbaycan Partiyasının fəal üzvü olaraq Sizə uzun ömür, cansağlığı arzulayıram. Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Qarabağımızı erməni faşistlərin tapdağından azad etdiniz, bizə böyük Qələbə sevinci yaşatdınız. Siz Azərbaycanı, Azərbaycan xalqını qoruyursunuz. Sizin kimi Ali Baş Komandanı olan ölkə üçün heç bir qorxu, təhlükə yoxdur. Allah da Sizi və ailə üzvlərinizi qorusun!”.

Bakı sakini Sənan İsrəfilov: “Əziz Prezidentim, Müzəffər Ali Baş Komandanım, 30 ilə yaxındır ki, işğal altında olan torpaqları müdrik siyasətinizlə, qəhrəman Azərbaycan əsgərinin hünəri ilə azad etdiyiniz üçün Sizə öz adımdan və bütün yaşıdlarım adından sonsuz minnətdarlığımı bildirirəm. Bu müharibədə öz canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək, Sizə Azərbaycan naminə bütün işlərinizdə böyük uğurlar arzu edirəm. Xalqımızın tarixində və millətimizin ürəyində əbədi yaşayacaqsınız!”.

Laçın sakini İlqar Nadirov: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, 28 il öncə məcburi şəkildə köçürüldüyümüz Laçına qayıdışımızı təmin etdiyiniz üçün Sizə şəxsim və ailəm adından dərin təşəkkürümü bildirirəm. Rəşadətli Ordumuz Sizin rəhbərliyinizlə 2020-ci ilin bütün ağırlıqlarını bizə unutdurdu. Artıq Bakıda Laçın küləyi əsir. İllər öncə bu cümləni dilə gətirəndə, ürəyimiz əsirdi. Sanki yuxu kimi gəlir bütün yaşananlar. Allah şəhidlərimizə rəhmət eləsin. Siz də qeyd etdiyiniz kimi, onlar, aslan kimi vuruşdular. Bütün gücü isə Sizdən aldı hərbçilərim, cənab Prezident! Azərbaycan vətəndaşı olmaqdan qürur duyuram! Laçın Azərbaycandır! Qarabağ bizimdir!”.

Kəlbəcər sakini Əlizamin Qarayev: “Möhtərəm cənab Prezident, müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik. Müzəffər Ali Baş Komandan, Vətən müharibəsinin zəfərləri silsiləsində Kəlbəcər rayonunun da olması bütün Azərbaycan xalqında hədsiz sevinc yaratdı. Biz kəlbəcərlilərin hisslərini sözlə ifadə etmək mümkün deyil. 27 illik həsrətdən sonra Kəlbəcərin döyüşsüz işğaldan azad edilməsi xalqımıza ən xoşbəxt, qürurlu günləri yaşatdı. Cənab Prezident, doğma yurdumuzu bizə qaytardığınıza görə Kəlbəcər rayonunun sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Kəlbəcər ziyalıları hər zaman bir olaraq Sizin ətrafınızda birləşiblər”.

Yevlax rayonunun sakini Lyudmila Bağırovanın məktubunda deyilir: “Müzəffər Ali Baş Komandanımız, əzizimiz, qalib Sərkərdəmiz, çox hörmətli, əziz Mehriban xanım, gözləriniz aydın olsun! Qartallar oylağı Laçınımız da mənfur düşmən işğalından azad oldu. Dövlətimiz Sizin güclü siyasətiniz və Ordumuzun qüdrəti sayəsində öz ərazi bütövlüyünü təmin etdi. Çox şükürlər olsun. Vətənimizin azad olmuş hər guşəsinə şükür. Üçrəngli şanlı bayrağımızın Qarabağımızda dalğalandığını hər dəfə gördükdə gözlərim dolur. Mən bir şuşalı kimi 1992-ci ildə Şuşanın işğalı günü iki qardaşını şəhid vermiş bacı kimi Sizə qəlbən minnətdaram. Şuşam azad olundu, qardaşlarımın və onlar kimi çoxsaylı şəhidlərimizin qanı yerdə qalmadı. İndi o şəhidlərin ruhu şaddır. Çox sağ olun, əziz Prezidentimiz. Zəfərimiz mübarək! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın İlham Əliyev! Yaşasın Azərbaycan!”.

Naftalan sakini Aişə Əsədzadə: “Əziz Prezidentimiz, adım Aişədir, 7 yaşım var. Babam Hüseynov Rafiq polis mayoru kimi 1988-ci ildə Xankəndidə müharibədə iştirak edib. Nənəm hər zaman babamın Birinci Qarabağ müharibəsində çəkdirdiyi şəkilləri görəndə ağlayırdı. Mən indi başa düşürəm ki, nənəm niyə ağlayırdı. Çünki babam müharibə iştirakçısı və veteranı olub. Əziz Prezidentimiz, biz Sizi çox sevirik. Siz televiziyada çıxış edərkən nənəm hər dəfə deyir: Əsl rəhbərdir bizim Prezidentimiz. Hörmətli Prezidentimiz, mən inanıram ki, biz uşaqların gələcək xoşbəxtliyini ancaq Siz təmin edə bilərsiniz. Allah Sizi qorusun!”.

Kəlbəcər sakini Məzahir Əhmədov: “Çox hörmətli cənab Prezident, bu gün bütün kəlbəcərlilər kimi mənim və ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur. Siz 27 illik Kəlbəcər həsrətinə son qoydunuz. Yenilməz Ali Baş Komandan olaraq işğalçını məğlub edərək, doğma yurdumuzu bizə yenidən bəxş etdiniz. Mən ailəm adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Allah Sizi, rəşadətli müzəffər Ordumuzu qorusun! Cənab Prezident, biz Sizinlə fəxr edirik. Sizin qəhrəmanlığınızla xalqımızın yeni şanlı tarixi yazıldı. Zəfərimiz mübarək olsun!”.

Neftçaladan Pərvin Səfərov: “Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident, Siz bizim Qələbəmizin tarixi şəxsiyyətisiniz. Qələbə tarixini bizə yaşatdığınız üçün Sizinlə qürur duyuruq. Hər bir Azərbaycan vətəndaşı kimi qalib millətin nümayəndəsi olduğum üçün Sizə minnətdaram. “Qarabağ Azərbaycandır!” ifadəsi mənim həyatımın əsas yaradıcı hissəsinə çevrildi. Musiqiçi olaraq “Qarabağ Azərbaycandır!” yaradıcılığı bütün ifalarımın ideyasıdır. Biz də öz yaradıcılığımızla müqəddəs tariximizi əbədi yaşadacağıq. Sizin gücünüz bizə güc verir. Mənim hər zaman arzum olub ki, Azərbaycanın əbədi və əzəli torpaqlarında incəsənətin bütün incəliklərini yaşayım. Sizin sayənizdə arzularım reallığa çevrildi. Tezliklə bizim səsimiz Qarabağdan, mədəniyyətimizin beşiyi olan Şuşadan və digər müqəddəs torpaqlardan gələcək. İncəsənətin ürəyi hesab olunan müqəddəs torpaqlarda firavan Azərbaycan dövləti əbədi yaşayacaq. Sizə sonsuz inamı olan bir yaradıcı insan kimi hər zaman Sizin xidmətinizdəyəm. Yaşasın Azərbaycan Ordusu, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Gəncə sakini Nicat Sadıqov: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi bu Qələbə münasibətilə ailəm və kəlbəcərlilər adından təbrik edirəm. Sizin müdrik siyasətiniz, Ordumuzun fədakarlığı sayəsində Azərbaycanın necə qeyrətli xalq olduğunu bütün dünya bildi. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Siz xalqımıza sonsuz sevinc anları bəxş etdiniz, millətimizi qalib xalq zirvəsinə yüksəltdiniz. Biz fəxr edirik ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var və şükür edirik ki, tarixə qızıl hərflərlə yazılacaq Qələbəni görmək bizə də nəsib oldu. Siz Azərbaycanın Milli Qəhrəmanısınız. Yaşasın Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Laçın sakini Anar Həsənov: “Çox hörmətli cənab Prezident, Laçın rayonundan artıq keçmiş məcburi köçkün olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin dövlət başçısı, Ali Baş Komandan olaraq rəhbərliyiniz altında, qəhrəman Ordumuzun Laçın da daxil olmaqla işğal altında olan torpaqlarımızı azad etməsi bütün Azərbaycan xalqı kimi mənə və ailəmə də çox böyük sevinc yaşatdı. 28 il Vətəndən ayrı düşmək dərdi, el-oba həsrəti məhz Sizin uğurlu siyasətiniz, qəti addımlarınız nəticəsində sona çatdı. Azərbaycanın işğal edilmiş torpaqlarının, Laçının qaytarılması kimi böyük hərbi-siyasi qələbə rəhbərliyinizlə xalqımızın tarixinə çox böyük, əlamətdar nailiyyət kimi yazıldı. Bizə Vətənə qayıtmaq kimi uzun illərdir ki, ürəyimizdə yaşatdığımız arzuya çatmaq imkanı yaratdığınıza görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə daim cansağlığı, dövlət xadimi kimi xalqımızın rifahı, mənafeləri uğrunda fəaliyyətinizdə uğurlar, qələbələr arzulayıram”.

Xızı sakini İman Ağayev: “Möhtərəm cənab Prezident, Sizə deyiləsi o qədər xoş sözlər var ki, qədəri kainata belə sığmaz. Minnətdarlıq hisslərinin ən alisinə layiqsiniz. Bizi öz əzəli yurd yerlərimizə qovuşdurdunuz. Qələbə sevincini, qürurunu öz yurdu ilə, Sizinlə döyünən bütün ürəklərdə alovlandırdınız. Bizə zəfər yaşatdınız. Eşq olsun Sizə! Siz mərd oğlu mərdsiniz! Bizim Heydər babamızın oğlu, nə yaxşı ana yurdumuz Azərbaycanımızın, bizim Prezidentimizsiniz! Yaşa, Müzəffər Ali Baş Komandan!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək