Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Ölkəmizdəki milli həmrəylik Sizin müdrikliyinizi və xalqın Sizə inamının sarsılmaz olduğunu göstərir

Prezidentə yazırlar: Ölkəmizdəki milli həmrəylik Sizin müdrikliyinizi və xalqın Sizə inamının sarsılmaz olduğunu göstərir

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. Ölkə vətəndaşları Azərbaycanda həyata keçirilən islahatlara, görülən abadlıq-quruculuq işlərinə, həmçinin pandemiyaya qarşı aparılan səmərəli mübarizəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Füzuli rayonundan məcburi köçkün, Milli Qəhrəman oğlu Xaliq Fərzəliyev yazır: “Hörmətli cənab Ali Baş Komandan, mən Azərbaycanın Milli Qəhrəmanı şəhid Pəhlivan Fərzəliyevin oğluyam. Sizin sayənizdə ötən il işə qəbul olundum.

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə diqqət və qayğınız yüksək səviyyədədir. Bunları görməmək mümkün deyildir.

Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı yolundakı addımlarınızı bəyənən və bu dəyərlərlə yaşayan insanam. Sizə şəxsən öz adımdan, ailəmin adından, Milli Qəhrəman ailələri adından, Füzuli rayon sakinləri adından dərin təşəkkürümü bildirirəm.

Dünyanı bürüyən koronavirusla bağlı lazımlı addımlarınız da təqdirəlayiqdir. Sizin kimi Vətənini, xalqını sevən Prezidentimiz olduğu üçün biz çox da əziyyət çəkmədik. Sosial vəziyyəti aşağı olan ailələrə birdəfəlik ödəmələr və yardımlar edilməsi xalqa böyük kömək etdi. Sizin və Mehriban xanımın bir illik əməkhaqqınızı koronavirusla bağlı yaradılmış fonda ianə etməyiniz çox böyük, humanist addım idi.

Cənab Prezident, bütün bunlara görə bir daha Sizlərə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Biz - Milli Qəhrəman və şəhid övladları Sizin əsgərlərinizik. Sizin bir əmr və göstərişiniz kifayət edir ki, atalarımız kimi Vətənin müdafiəsinə qalxaq”.

Ağdam rayonunun Qasımbəyli qəsəbəsindən 8-ci sinif şagirdi Xəyal Abdullayev: “Möhtərəm Prezident, bu gün biz bəşəriyyətin böyük sınaqla üzləşdiyi çətin dövrdə, koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda güclü mübarizə aparılmasına baxmayaraq dünyanın bir sıra yerlərində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində hər gün yüzlərlə insan bu dəhşətli xəstəliyin qurbanına çevrilir. Lakin koronavirus infeksiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk gündən etibarən Sizin qəbul etdiyiniz qərarlar pandemiyanın ölkəmizdə geniş yayılaraq kütləvi insan ölümünə səbəb olmasının qarşısını aldı. Sizin çevik və yüksək idarəetmə bacarığınız sayəsində infeksiyaya yoluxmaların sayı aşağı həddə saxlanılmaqdadır.

Cənab Prezident, bu xeyirxah işinizə görə Sizə uzun ömür, cansağlığı arzulayır, uğurlar diləyirəm”.

Ağdam rayonundan şəhid ailəsinin üzvü Bəhman Gülmalıyev: “Çox hörmətli cənab Prezident, mən Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkünəm. Qardaşım torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mən öz ailə üzvlərimlə birlikdə məcburi köçkün düşdükdən sonra 16 il Yevlax rayonunda yerləşən EKO qəsəbəsində yaşamışam. Ulu öndərimiz Heydər Əliyev həmin qəsəbədə iki dəfə olub, hətta bir toy məclisində də iştirak edib. Sonra Sizin rəhbərliyinizlə Yevlax şəhərində bütün standartlara cavab verən müasir mənzillər, məktəb, uşaq bağçası ilə təmin olunduq. Hazırda qəsəbəmizdə 615 ailə məskunlaşıb.

Çox hörmətli cənab Prezident, biz - məcburi köçkünlər, şəhid ailələri Sizin və Mehriban xanım üçün gecə və gündüz Allaha dua edirik. Sizin son dövrlərdə həyata keçirdiyiniz kadr siyasətinizi də ürəkdən dəstəkləyirik. Xalqın malına, xüsusilə də imkansız ailələrə ayrılan yardımlara göz dikən şəxslərin cəzalandırılması digərlərinə örnək olmalıdır. Bütün qaçqın və məcburi köçkünlər, şəhid ailələri və 20 nəfərlik ailə üzvlərim adından Sizə minnətdaram. Ona görə ki, Siz xalqını, Vətənini, torpağını sevən və müstəqil Azərbaycanın inkişafı yolunda durmadan çalışan lidersiniz. Biz Sizinlə fəxr edirik. Allah Sizə yar olsun.

Siyəzən rayonundan 2-ci qrup əlil Tural Tağıyev yazır : “Hörmətli cənab Prezident, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması məqsədilə imzaladığınız Sərəncam bizləri çox sevindirdi. Tarixi abidələrimizin bərpa olunaraq gələcək nəsillərə ötürülməsi təqdirəlayiqdir və tariximizə verdiyiniz yüksək qiymətdir. Biz gənclər Sizin hər sahədə apardığınız siyasəti dəstəkləyirik. Çünki Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısısınız. Allah Sizi və ailənizi qorusun.

Cəlilabad rayonunun Qarazəncir və Maşlıq kəndlərinin sakinləri adından Rövşən Ağayev, Vüsal Məmmədov, Əhmədağa Məmmədov, Emil Abbasov, Calal Mehtiyev və Habil Babayev: “Əziz və hörmətli cənab Prezident, pandemiya ilə əlaqədar ölkəmizdə karantin rejiminin tətbiqi xalqımız və iqtisadiyyatımız üçün sınaq dövrü oldu. Belə bir çətin vəziyyətdə Siz hər zaman olduğu kimi yenə də sahibkarlara və fermerlərə dəstək verərək onların yanında oldunuz. İstehsal edilən kənd təsərrüfatı məhsullarının, xüsusilə də kartofun Rusiya bazarlarına daşınmasında və satılmasında kəndlərimizin fermerlərinə böyük kömək göstərildi. Sizin sayənizdə xaricə çıxışımız təmin olundu, bu işdə heç bir çətinliyimiz yaranmadı.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Qoy, həmişə Siz və ailəniz biz vətəndaşların qarantı olaraq daim öndə və yüksəklərdə olasınız.

Çox sağ olun, cənab Prezident”.

Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Vaqif Həmidov, İlham Alışov, Coşqun Paşalı və Kənan Seyidov dövlətimizin başçısına təşəkkürlərini bu sözlərlə ifadə edirlər: “Hörmətli cənab Prezident, Siz mürəkkəb vəziyyətdə möhkəm iradə nümayiş etdirməklə bir daha sübut etdiniz ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. İlk olaraq onu bildirmək istəyirik ki, hər bir Azərbaycan vətəndaşı Sizinlə qürur duyur. Cəmiyyətimiz bir daha yüksək keyfiyyət ifadə edərək göstərdi ki, xalqımızla Prezidentimiz birdir. Vətəndaş olmaq öz məsuliyyətinin fərqində olmaq deməkdir. Hər zaman üzləşdiyimiz qlobal problemlərdən Siz Azərbaycanı üzüağ çıxartmısınız. Bu çətin günlərdə qəbul etdiyiniz qərarlara, özəl sektora verdiyiniz dəstəyə görə hər bir vətəndaş Sizinlə qürur duyur. Vaxtında təxirəsalınmaz tədbirlər gördüyünüzə görə sağlam şəkildə ailələrimizin yanındayıq. İnşallah, Sizin uzaqgörən siyasətiniz, müdrikliyiniz sayəsində COVID-19 deyilən bu bəladan xilas olacağıq.

Bir məsələni də xüsusi qeyd etmək istəyirik. Bu yaxınlarda üzləşdiyimiz çətinliyin aradan qaldırılması ilə əlaqədar Sizə ünvanladığımız müraciətimiz müsbət həllini tapdı. Bu da biz vətəndaşlara olan diqqətin bir nümunəsidir.

Sizə məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq, cənab Prezident. Sizi alqışlamaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətənimizin inkişafı və tərəqqisi, xalqımızın sağlamlığı naminə Siz hər şeyi edirsiniz. Ulu Tanrı Sizi və ailənizi qorusun”.

Şirvan şəhərindən Gülnarə Azayeva: “Hörmətli Prezidentimiz, bütün dünyada geniş yayılmış və dövlətlərin olduqca çətin vəziyyətə düşdüyü koronavirus pandemiyası dövründə Sizin rəhbərliyiniz altında ölkəmizdə çox ciddi tədbirlər həyata keçirilir. Vətəndaşlarımıza dövlət tərəfindən göstərilən maddi dəstək, səhiyyə işçilərinin əmək haqlarının artırılması, yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, xəstəxanalarda müalicəyə cəlb olunmuş xəstələrə göstərilən hərtərəfli qayğı, infeksiyanın yayılma sürətinin azaldılması üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və bir sıra rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi, digər dövlətlərlə müqayisədə infeksiyadan daha az itki ilə çıxmağımıza böyük kömək göstərir. Bütün bunları görərək, Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Mən fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var və bir vətəndaş olaraq olduqca rahatam ki, xalqımızın üzləşdiyi bu çətin günlərdə də çıxış yolu tapıb xalqımızı öz arxanızca aparacaqsınız. Xalqımızın sağlam gələcəyi naminə həyata keçirdiyiniz bütün tədbirlərə görə ailəmin adından Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya çox-çox minnətdarlıq edirəm. Tanrı Sizi, ailənizi və xalqımızı bu bəladan qorusun”.

Ağcabədi rayonundan Əli Fətəliyev: “Hörmətli cənab Prezident, bir Azərbaycan vətəndaşı, yaşlı nəslin nümayəndəsi kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan vətəndaşı kimi dünyada, eləcə də, Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Koronavirus pandemiyasının başlanğıc mərhələsində ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir, Sizə güvənirik. Xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Sizə minnətdarıq, cənab Prezident”.

Gədəbəy rayonunun Gərgər kəndindən Nuru Rəsulov, Qənirə Ələsgərova, Səyyad Allahverdiyev, Rəhman Abbasov, Ədəd Nağıyev, Vüqar Kamalov, Həcər Tağıyeva : “Hörmətli cənab Prezident, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan bu gün Sizin apardığınız uğurlu siyasət nəticəsində uğurla inkişaf edir.

Cənab Prezident, biz gədəbəylilər xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq. Sizin respublikamıza rəhbərlik etdiyiniz dövrdə Azərbaycanın hər bir guşəsində abadlıq işləri görülüb, kənd və qəsəbələrdə infrastruktur yaxşılaşdırılıb, insanlar firavan həyata qədəm qoyublar. Qədirbilən gədəbəylilər Sizin ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda göstərdiyiniz misilsiz xidmətləri çox yüksək dəyərləndirirlər. Hər zaman xalqın yanında olmağımız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində işlər xalqımız və gədəbəylilər tərəfindən minnətdarlıqla qarşılanır. Rayonumuzun davamlı sosial-iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir.

Cənab Prezident, bu günlərdə Gərgər kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi və qaz xəttinin çəkilməsi bütün sakinlərin sevincinə səbəb oldu. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Bakı şəhərindən Sənan Məmmədov yazır: “Hörmətli cənab Prezident, bir Azərbaycan gənci olaraq Sizlə fəxr edirəm. Bu çətin vəziyyətdə inamlı və qətiyyətli addımlarınız bizə qürur verir. Bir gənc olaraq daim Sizin siyasətinizi dəstəkləyirəm və Azərbaycanda ictimai rəyi mənfiyə doğru dəyişmək istəyənlərə qarşı bacardığım qədər mübarizə aparıram. Bu mənim vətəndaşlıq borcumdur və hər bir şəxs bunu dərk etməlidir. Biz Sizinləyik və bu həmişə belə olacaq. Azərbaycanımızın qədim və dəyərli tarixi və bu tarixin sarsılmaz sütunları var ki, Siz bu sütunları dağılmağa qoymursunuz və gündən-günə daha da möhkəmləndirirsiniz. Söz o vaxt söz olur ki, əmələ çevrilsin. Sizin bütün işləriniz əməldir. Heç kəsin şübhəsi olmasın ki, nə qədər ki, Azərbaycanımızı, rəhbərimizi ləkələməyə çalışsalar da, bu onların öz başlarını ağrıdacaq. Çünki ata yurduna xəyanətin heç bir əsası ola bilməz və öz şəxsiyyətlərini satanlar, milli heysiyyətinə, dövlətinə, rəhbərinə xəyanət edənlər bir gün çox peşman olacaqlar. Sizin xarici və daxili siyasətinizi yaxından izləyirəm və dəstəkləyirəm. Biz çörəyimizi paylaşsaq da, torpağımızı heç vaxt paylaşmarıq. Əminəm ki, Qarabağ problemimiz də həll olunacaq və bu Sizin siyasi dahiliyinizi bir daha göstərəcək. Mən Sizinlə fəxr edirəm. Siz var ikən Azərbaycanımız əmin əllərdə olacaq. Sizə təşəkkür edirəm”.

Salyan rayonunun Seyidsadıqlı kəndindən Vidadi Baloğlanov, Rahat Məmmədov, Emin Mirzəyev, Vüqar Mustafayev, Təbriz Səmədov və başqaları: “Möhtərəm cənab Prezident, son zamanlarda pandemiya ilə əlaqədar olaraq dünyanın bir çox ölkələri iqtisadı cəhətdən böhrana düçar olmuşdur. Amma, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə çətinliklərin öhdəsindən gəlməkdədir.

Salyan rayonu Seyidsadıqlı kəndində gənc ailələrin yaşadığı yeni yaşayış məhəlləsində elektrik xətləri kustar üsulla çəkilmişdi. Güclü külək əsəndə elektrik enerjisinin verilməsində fasilələr yaranırdı. Sizin kəndlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, həmin yaşayış məhəlləsində elektrik təsərrüfatı yenidən qurulmuş, əhali fasiləsiz və keyfiyyətli elektrikdən istifadə etməkdədir. Bütün bu görülən işlər Sizin biz vətəndaşlara göstərdiyiniz qayğının nəticəsidir.

Cənab Prezident, biz Seyidsadıqlı kənd sakinləri Sizinlə qürur duyuruq. Sizə daha böyük uğurlar arzu edirik. Biz həmişə Sizinləyik”.

Bakı şəhərinin Suraxanı rayonundan tələbə Nübar İbrahimova yazır: “Hörmətli cənab Prezident, pandemiya dövründə xalqımız çətin günlər keçirir. Amma buna baxmayaraq Sizin diqqət və qayğınız sayəsində biz ayaq üstə qalmağı bacarırıq. Bir gənc olaraq Sizin gördüyünüz işləri yüksək qiymətləndirirəm.

Sizin göstərişinizlə iki ayı əhatə edən birdəfəlik ödəmənin verilməsi, Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımlarının edilməsi, əhalinin müalicəsi üçün lazımi şəraitin yaradılması çox müsbət haldır. Bizə olan diqqət və qayğınıza görə Sizə şəxsən öz adımdan və ailəmin adından dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı hər zaman köməyiniz olsun”.

Bakı şəhərinin Xətai rayonundan Mehrab Dadaşov, Elçin Cavadov, Pərviz Mehtiyev, Vüqar Əliyev, Vüsal Əmrahlı və başqaları: “Hörmətli cənab Prezident, 2003-cü ildən başlayaraq Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqlik və rəhbərliyinizlə aparılan siyasət, atılan addımlar bütün sosial problemlərin həllini tapacağına, hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olacağına əminlik yaradıb.

Ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərdəndir. Sizin vətəndaşların sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində atdığınız qətiyyətli addımlarınızı, gördüyünüz işləri mütəmadi izləyir və təqdir edirik. Rəhbərliyiniz nəticəsində vaxtında görülmüş tədbirlərin müsbət nəticəsidir ki, Azərbaycan koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ölkələr arasında öncüllərdəndir. Artıq neçə vaxtdır ki, Azərbaycan da COVID-19 infeksiyasına qarşı mübarizə aparır. Müsbət haldır ki, ölkəmizdə milli həmrəylik xeyli dərəcədə artıb. Bu, bir daha Sizin müdrikliyinizi və xalqın Sizə olan sarsılmaz inamını göstərir.

Cənab Prezident, inanırıq ki, gördüyünüz işlər və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısı tezliklə alınacaq və biz, İnşallah bu bəladan az itkilərlə çıxacağıq. Sizə vətəndaşlara sahib çıxdığınız üçün sonsuz təşəkkür edirik. Bu çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi, Mehriban xanımı və övladlarınızı qorusun. Amin”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir