Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın birliyini daha da möhkəmləndirdiniz

Prezidentə yazırlar: Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan kimi xalqımızın birliyini daha da möhkəmləndirdiniz

Bakı, 16 noyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbə Azərbaycan vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza, eləcə də qardaş Türkiyənin vətəndaşlarına böyük sevinc hissi yaşadır. Onlar dövlətimizin başçısına ünvanladıqları məktublarda bu hisslərə görə minnətdarlıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Aydın şəhərindən Mövlud Çelik yazır: “Hörmətli cənab Prezident, mən Türkiyədə yaşayıram. Hər bir ölkə, hətta dünyanın bütün dövlətləri bilir ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaqdır. Hazırda təqaüddəyəm, bəzən hisslərimi şeirlə ifadə edirəm. 1974-cü ildə Türkiyə Kipri müdafiə edəndə “Kıbrıs” adlı bir şeir yazdım və onu o vaxtkı Prezident Rauf Denktaşa, Baş nazir Derviş Eroğluna təqdim etdim. Hər bir insanda, xüsusən Azərbaycan və Türkiyə vətəndaşlarının ürəyində dərin yara açan Xocalı qırğınının ağrı və acısı sağalmamış 2020-ci il sentyabrın 27-də Ermənistan yenidən Azərbaycan torpaqlarına hücum etdi. Xalqlarımız yenidən üzüldü, lakin Azərbaycan öz haqqını döyüşlə, zəfərlə qazandı. Şəhidlərinizə görə Sizə və Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Azərbaycan Ordusunun daim müzəffər olması üçün dua edirəm”.

Ağcabədi rayonundan Mehdi Əhmədov: “Möhtərəm cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuza bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydunuz. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadınız. Allah Sizdən və qəhrəman əsgərlərimizdən razı olsun!

Allah Sizi və Azərbaycan xalqını qorusun!”.

Füzuli sakini İsa Hacıyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Vətən müharibəsini Qələbə ilə başa vurduğumuz üçün Sizi, xalqımızı və rəşadətli Ordumuzu ailəmiz adından və öz adımdan ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Sizinlə fəxr edirik. Ulu Tanrı Sizi qorusun!”.

İsmayıllı sakini Hüseynağa Kamilzadə: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərə görə özümün, ailə üzvlərimin adından və İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ağsaqqalları adından böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk. Noyabrın 8-də Şuşanın alınmasına, 10-da isə qəbul olunmuş bəyanata görə çox sağ olun. Siz uzun illərdən qalmış problemləri həll etməyi bacardınız və Qarabağı Azərbaycana qaytardınız. Allah Sizə yar olsun!”.

Zaqatala sakini Tamara Nurəliyeva: “Hörmətli cənab Prezident, Sizin yaratdığınız peşəkar Milli Ordumuz 28 il işğal altında qalan Qarabağı rəhbərliyinizlə azad etdi. Tam Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, cənab Prezident. Allah Sizi qorusun! Biz Sizinlə fəxr edirik, cənab Prezident. Sizin qətiyyətiniz sayəsində düşmənə qalib gəldik. Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqına Qələbə sevinci yaşatdınız. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Sabirabad rayonundan Telman Əzimov yazır: “Hər bir azərbaycanlının əzizi, qarantı olan hörmətli cənab Prezident. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı. Ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan qoruyaraq dünya dövlətləri arasında öz dəst-xətti olan bir dövlətə çevirməklə müasir Azərbaycan Respublikasının qurucusu və Ümummilli Lider adını qazandı. Ulu Öndərin siyasətini layiqincə davam etdirərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, sabitliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, müasir dünyaya inteqrasiyanın təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrə yardımların verilməsi, yeni-yeni iş yerlərinin yaradılması ilə işsizliyin azaldılması, yoxsulluq səviyyəsinin minimuma endirilməsi, eləcə də fəaliyyətiniz müddətində Azərbaycan Respublikasının islami dəyərləri özündə qoruyub saxlamaqla dünyəvi dövlətə çevrilməsi, Şərq və Qərb mədəniyyətlərinin birgə fəaliyyətinin təşkili, multikultural fəaliyyətin təmin edilməsi, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, bir sıra beynəlxalq təşkilatlara sədrlik etməyimiz, dünya dövlətləri ilə qarşılıqlı anlaşma və dostluq münasibətlərinin yaradılması, saymaqla bitib tükənməyən irimiqyaslı layihələrin həyata keçirilməsi ötən dövr ərzində ordu quruculuğuna yönəldilən diqqət nəticəsində müasir silahlarla təchiz olunmuş və müasir tələblərə cavab verən nizami ordunun qurulması ilə uzun illərdən bəri xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı xaincəsinə işğal etmiş erməni faşistlərindən qısa müddət - 44 gün ərzində işğaldan azad edən rəşadətli ordumuzun müzəffər Ali Baş Komandanı kimi Siz öz adınızı nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflə yazdıra bildiniz. Siz tarixi dövlətçilik ənənələri olan Azərbaycana son yüzilliklərdə əldə olunmayan bir qələbəni yaşatdınız. İşğal altında olan torpaqlarımızı əsl sahibinə - Azərbaycan xalqına qaytara bildiniz. Bu, təkcə işğal olunmuş torpaqların geri qaytarılması kimi deyil, həm də Azərbaycanın, Azərbaycan Ordusunun tarixi Qələbəsidir. Siz haqqın necə güclü olduğunu və özünüzün necə bir sərkərdə olduğunuzu bir daha təsdiq etdiniz. Azərbaycan Ordusunun döyüşlərdə silahla döyüşərək düşmən üzərində qələbə qazanmağın səbəbkarı məhz siyasi arenada yorulmaq bilmədən hər kəsin öz dilində döyüşərək onlara öz yerlərini göstərməyə nail olmaqla xalqın qəlbində özünüzə layiqli yerinizi tapmaqla sözü ilə əməli bir olan, hər bir azərbaycanlının Prezidenti olan, özünü xalqın xidmətçisi elan edən, hər zaman xalqın yanında olan mərd-mübariz Azərbaycan oğlu olmağınızdır. Siz bizə ən xoş günləri, ən xoş arzumuzu Cəbrayılın, Zəngilanın, Qubadlının, Füzulinin, Ağdamın, Kəlbəcərin, Laçının Azərbaycanın döyünən qəlbi olan Şuşanın işğaldan azad olunması və qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla bizim məğlubedilməz xalq olduğumuzu bir daha təsdiq etdiniz, Xocalıda, Xocavənddə, Ağdərədə, Xankəndidə və adları hər birimiz üçün əziz olan digər yaşayış məntəqələrimizdə dünyanın ən gözəl bayrağı olan Azərbaycan bayrağının ucaldılması sevincini bizlərə yaşatdınız. Bu Qələbənin qazanılmasında canlarını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Siz Azərbaycan xalqına, dünya azərbaycanlılarına, ürəyi Azərbaycanla döyünən hər kəsə, azərbaycansevərlərə əvəzsiz bir sevinc qələbə, haqq-ədalət sevinci yaşatdınız. Bizə bu haqq işimizdə mənəvi dəstək olan dövlətlərə, xüsusilə də qardaş Türkiyə Respublikasına, bütün dünya türklərinə bir daha minnətdarlıq edirik. Müzəffər Ali Baş Komandan, qəlbimizdə Sizin haqqınızda bitib tükənməyən xoş arzular o qədərdir ki, hamısını qeyd etmək olmur. Sadəcə olaraq, dünyada nə qədər ən gözəl, ən xoş arzular varsa, hamısını Sizə və əzizlərinizə arzu edirəm. Siz millətin xilaskarı kimi zirvəyə ucaldınız. Azərbaycanın yeni tarixini yazan cəsur sərkərdə, məharətli diplomat və siyasətçi olmaqla xalqımızı yumruq kimi birləşdirməyi bacardınız. Siz Azərbaycan xalqının qəhrəmanısınız. Siz Azərbaycanın ömürlük Prezidenti olmağa layiqsiniz. Bir daha Allahdan Sizə uzun, sağlam, sülh və əmin-amanlıqla keçən bir ömür arzu edirəm. Allah Sizi və əzizlərinizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Ülviyyə Quliyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Milli Qəhrəman bacısı, Füzuli sakini olaraq Sizə minnətdaram. Çünki 27 il həsrətində olduğumuz o müqəddəs torpaqlarımıza yenidən qayıdacağıq. Mən müəlliməm, çalışıram ki, Füzuli rayonu 22 nömrəli tam orta məktəbdə dərs dediyim şagirdlərə də bu Qələbənin necə böyük tarixi əhəmiyyət kəsb etdiyini, Azərbaycan xalqı üçün nə ifadə etdiyini çatdırım. Öz adımdan və bütün füzulililər adından Sizə və şanlı Ordumuza təşəkkür edirəm. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.

Xocavənd sakini Gözəl Xəlilova: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, son günlərdə Sizin komandanlığınızla Qarabağ torpaqlarının rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunması və Qələbə qazanmağımız münasibətilə Sizi təbrik edirəm. Uca Yaradan bizi dünyada qalib xalq kimi tanıdan Ali Baş Komandanı və igid Ordumuzu qorusun!”.

Naftalan şəhərindən Kamran Muradovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Şuşanın azad olunması xəbərini eşitdikdə hər birimiz sevinc içində küçələrə axışdıq. Bu, bayram sevinci idi. 9 noyabr tarixində Bayraq Gününü qeyd edərkən Sizdən o qədər gözəl xəbərlər gəldi ki, ürəyimiz ikiqat sevinclə doldu. 10 noyabrın ilk saatlarından Sizin xalqa müraciətiniz isə bizə ən böyük hədiyyəni bəxş etdi. Mən Sizə heyranam, əziz Prezidentim. Ordumuzun qəhrəmanlığı, sadəcə, Azərbaycan tarixinə deyil, dünya tarixinə qəhrəmanlıq, ədalət və mərhəmət nümunəsi kimi düşəcək. Mən onu bilirəm ki, mənfur düşmən artıq heç zaman torpaqlarımıza əl uzada bilməyəcək. Allah Şəhidlərimizə rəhmət eləsin. Artıq onların ruhu şaddır. Təşəkkürlər, Müzəffər Ali Baş Komandan, təşəkkürlər, rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Mingəçevir şəhərindən Ceyhunə Şəfiyeva: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin ərazi bütövlüyümüzün bərpası uğrunda apardığınız mübarizəni rəhbəri olduğum məktəbin pedaqoji kollektivi dəstəkləyir və alqışlayır. Qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Eşq olsun Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!”.

Bakı şəhər sakini Məmməd Səfa: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizi düşmən üzərində möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə Azərbaycanımızın çiçəklənməsi yolunda uğurlar arzulayıram. Siz bir sərkərdə, uzaqgörən siyasətçi, Müzəffər Ali Baş Komandan olaraq bu gün xalqımızın birliyini daha da möhkəmləndirdiniz. Bu müqəddəs yolda canlarını fəda edən igid oğullarımıza Allahdan rəhmət diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Yaşasın Azərbaycan xalqı, müzəffər Ordumuz və Ali Baş Komandanımız!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib