Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Sizin uzaqgörən və müdrik siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəliyiniz sayəsində xalqımız bu Zəfəri yaşadı

Prezidentə yazırlar: Sizin uzaqgörən və müdrik siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəliyiniz sayəsində xalqımız bu Zəfəri yaşadı

Bakı, 15 dekabr, AZƏRTAC

Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

“Cənab Prezident, Sizə Azərbaycanın Milli Qəhrəmanı
fəxri adının verilməsini istəyirik”

Bakı şəhərindən Həbib Fətəliyev yazır: “Hörmətli Prezidentimiz, dünyada Sizin kimi müdrik lider, təmiz qəlbli Ali Baş Komandan görmədim. Bizim üçün Sizdən qüdrətli rəhbər, Prezident yoxdur. Buna görə də mən və ailə üzvlərim Sizə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsini və ömürlük Prezidentimiz olmağınızı istəyirik. Allah Sizi və ailənizi qorusun!”.

“Göstərdiyiniz qətiyyətə, apardığınız uzaqgörən siyasətə, düşmən üzərində
qazandığınız Qələbəyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz”

Sabirabad rayonunun sakini Rövşən Məmmədov: “Müzəffər Ali Baş Komandan, 44 gün davam edən və böyük Qələbəmizlə nəticələnən Vətən müharibəsini yaşadıq. Qazandığımız Qələbəyə görə Sizə, əsgər və zabitlərimizə minnətdarlığımı bildirirəm. Sizin uzaqgörən fəaliyyətiniz, qətiyyətiniz, cəsarətiniz haqqında nəinki xalqımız, hətta aparıcı ölkələrin mediaları da yüksək fikirlər ifadə edirlər. Siz göstərdiyiniz qətiyyətə, apardığınız uzaqgörən siyasətə, düşmən üzərində qazandığınız Qələbəyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Tanrı Sizi qorusun! Tanrı Azərbaycanımızı qorusun!”.

“Xalqın Sizə və rəhbərlik etdiyiniz Orduya güvəni sonsuzdur”

Ağdam sakini Musa İsmayılov: “Müzəffər Ali Baş Komandan, bir qarabağlı olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Siz təkcə torpaqlarımızı yağı düşmən tapdağından təmizləmədiniz, həm də bizim vicdanımızı, şərəfimizi təmizlədiniz. Dünyasını dəyişmiş bütün qarabağlıların ruhunu şad etdiniz. Bütün dünyaya Azərbaycanın gücünü göstərdiniz. Cənab Prezident, tarixboyu baş verən bütün müharibələrdə ordudan yayınma halları baş vermişdir. Lakin Sizin komandanlıq etdiyiniz bu Vətən müharibəsində əksinə oldu, döyüşə getmək istəyən könüllülərin çoxluğu sübut etdi ki, xalqın Sizə və rəhbərlik etdiyiniz Orduya güvəni sonsuzdur. Otuz il işğal altında qalan torpaqlarımız verilən düzgün əmrlər, mükəmməl döyüş taktikası və uzaqgörən siyasətiniz nəticəsində azad edildi. Siz təkcə Ermənistanla mübarizə aparmadınız, onların havadarlarını da susdurmağı bacardınız. Siz 44 gün diplomatiya masasında da savaşdınız. Sizinlə qürur duyuram. Seçkilərdə Sizə səs verdiyim üçün xoşbəxtəm. Cənab Prezident, qarabağlılar adından son bir istəyimiz də var ki, Sizə "generalissimus" hərbi rütbəsi verilsin. Çünki Siz ən ali fəxri adlara, rütbələrə layiq şəxsiyyətsiniz. Ömrümüzün sonunadək Sizə borcluyuq. Allah Sizi xalqımızın başının üstündən əksik etməsin”.

“Sizin xalqımız üçün etdiklərinizin qarşısında söz tapıb demək çox çətindir”

Kürdəmirdən Xəlil Məmmədov: “Qəhrəman Prezidentim, Siz televiziya vasitəsilə xalqımızı, eləcə də biz məcburi köçkünləri torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik etdikdə təəssüf ki, bizim də həmin an Sizi təbrik edib, gözaydınlığı vermək imkanımız olmur. Sizin xalqımız üçün etdiklərinizin qarşısında söz tapıb demək çox çətindir. Əgər nə zamansa Sizinlə qarşılaşsam, düşmənə qarşı əks-hücum əməliyyatı əmri verdiyiniz üçün əllərinizdən öpəcəyəm. Çünki Siz bizim kimi məcburi köçkünləri el töhmətindən qurtardınız. Cənab Prezident, Siz müraciətlərinizin birində dediniz ki, "Şuşasız işimiz yarımçıq qalar". İstərdim ki, Şuşanın girişində Sizin qızıldan heykəliniz ucaldılsın və gəlib-gedənlər Sizin qəhrəman olduğunuzu görsünlər. Düşünürəm ki, bu heykəl Sizin zəhmətinizin heç olmasa qismən qarşılığı olar. Sizi bağrıma basıb öpürəm, Sizə uzun ömür, cansağlığı və daimi Prezidentimiz olmağınızı arzulayıram”.

“Biz əminik ki, Azərbaycan xalqına məxsus bir qarış, bir zərrə torpaq da
bundan sonra heç vaxt yadların təcavüzünə məruz qalmayacaq”

Bakı şəhər sakini Aytac Əzimova: “Hörmətli cənab Prezident, Azərbaycan xalqına misli görünməyən tarixi və şərəfli Qələbə yaşatdığınız üçün vətəndaş cəmiyyətinin bir üzvü kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Apardığınız məqsədyönlü siyasət nəticəsində güclənən Azərbaycan Ordusu tərəfindən mənfur düşmən üzərində qazanılan şanlı Qələbəni dəstəkləyən qardaş Türkiyə ilə yanaşı, bu Zəfəri həzm edə bilməyən, gözü götürməyən bəzi qüvvələr də mövcuddur. Otuz ilə yaxın müddətdə Azərbaycanın dilbər guşəsi Qarabağın işğaldan qeyd-şərtsiz azad olunması məsələsində dünya birliyi Azərbaycanı dəstəkləsə də, bu müddətdə üzərinə düşən vəzifəni yerinə yetirmək istəməyən bəzi qüvvələrin indiki şanlı Qələbəmizə məyusluğu gözlənilən idi.

Cənab Ali Baş Komandan, Siz dünya diplomatiya tarixinə yazılan, açıq və milli maraqlara əsaslanan siyasətinizlə Qarabağın Azərbaycan torpağı olmasını və Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı hər hansı qərarın qəbulunun mümkünsüzlüyünü faktlarla sübut etdiniz. Ən müasir hərbi texnologiyaların tətbiq olunduğu və hibridliyinə görə fərqlənən Vətən müharibəmizdə uğur qazanan müzəffər Ordumuzun intellektual texnologiyalarla təchizatı hərbi sahədə apardığınız islahatların nəticəsidir. Məhz Sizin siyasətinizdən ruhlanan minlərlə Azərbaycan gənci könüllü olaraq orduya yazıldı. Sizin rəhbərliyinizlə müzəffər Ordumuz 44 gün ərzində 30 ilin həsrətinə son qoyaraq düşməni diz çökdürdü. Bununla da Azərbaycan öz gücünü bütün dünyaya göstərdi, tarixi ədalət bərpa olundu. Biz xoşbəxtik, çünki varlığımız ümidlə doludur. Biz əminik ki, Azərbaycan xalqına məxsus bir qarış, bir zərrə torpaq da bundan sonra heç vaxt yadların təcavüzünə məruz qalmayacaq, Vətənimizə göz dikən olarsa, amansızlıqla susdurulacaq və məhv ediləcək. Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək dəyərləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaq.

Qazanılan şanlı Qələbə münasibətilə bir daha Sizi təbrik edir, xalqımıza bəxş etdiyiniz sevincli günlərə görə Zati-alinizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.

“Bu Qələbə Sizin güclü iradənizin sayəsində əldə edildi”

Yevlaxdan Anar Qarayev yazır: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən Sizə Yevlax gəncləri adından müraciət edirəm. 44 gün davam edən böyük Vətən müharibəsi Sizin rəhbərliyiniz ilə rəşadətli Ordumuzun Qələbəsi ilə başa çatdı. Bu qələbə Sizin güclü iradənizin sayəsində əldə edildi. Sizə olunan müxtəlif basqılara baxmayaraq güclü siyasi iradə nümayiş etdirdiniz və bu iradə bizlərə ümummilli lider Heydər Əliyevi xatırlatdı. Ümummilli liderimiz Heydər Əliyev sizə çox inandığını və Azərbaycanı uğurlu gələcəyə aparacağınızı demişdi. 2003-2020-ci illər ərzində Siz Ümummilli Liderimizin dediklərinin həqiqətən də doğru olduğunu sübut etdiniz və bizim buna heç şübhəmiz yox idi. Vətən müharibəsində 2783 şəhidimiz oldu. Bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik. Əziz Prezidentimiz, həmişə biz gənclər Sizi dəstəkləyəcəyik. Siz Azərbaycan xalqını işıqlı gələcəyə aparırsınız. Biz Sizi ömürlük prezidentimiz görürük. Siz adınızı tarixə qızıl hərflərlə yazdınız. Sizə uzun ömür, cansağlığı arzu edirik. Siz ümummilli liderimiz Heydər Əliyevin yolunu davam etdirdiyiniz kimi, Sizin oğlunuz Heydər Əliyevin də sizin yolunuzu davam etdirəcəyinə şübhə etmirik. Heydər Əliyev irsinin əbədi yaşayacağına əminik. Bu irs Azərbaycan xalqını xilas etdi və əbədi yaşamağa layiqdir”.

“Məhz Sizin uzaqgörən və müdrik siyasətiniz, Ali Baş Komandan
kimi mahir sərkərdəliyiniz sayəsində xalqımız bu Zəfəri yaşadı”

Tbilisi şəhərindən Rafiq Hümbətov yazır: “Hörmətli cənab Prezident, əvvəla, Sizi, müzəffər Azərbaycan Ordusunu və xalqımızı şanlı Qələbə münasibətilə təbrik edirik. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Sizin müdrik rəhbərliyiniz, əsgər və zabitlərimizin misilsiz şücaətləri sayəsində ədalətin təntənəsi və Qarabağın işğaldan azad olunması bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarının da hədsiz sevincinə səbəb olub. Əlbəttə, biz Gürcüstan sakinləriyik və yaşadığımız ölkənin sadiq vətəndaşlarıyıq. Bununla belə, biz azərbaycanlıyıq, damarlarımızda azərbaycanlı–türk qanı axır, doğma vətənimiz Gürcüstan kimi, milli vətənimiz Azərbaycanın da dərdi dərdimiz, sevinci sevincimizdir. Təbii ki, müharibənin getdiyi 44 gün ərzində Gürcüstanda yaşayan soydaşlarımız da birləşərək bir can oldular, Azərbaycanımızın haqlı mübarizəsində həmrəyliklərini göstərdilər, çoxminli dəstək mitinqləri keçirdilər, yerli icmamız 60-dək qeyri-hökumət təşkilatı ilə birgə bəyanat imzalayaraq, Gürcüstan rəhbərliyinə, Gürcüstanda yerləşən diplomatik nümayəndəliklərə, beynəlxalq təşkilatların Tbilisidəki təmsilçiliklərinə təqdim etdi, ayrı-ayrı şəxslər və təşkilatlar Qərbi Avropa dövlətlərinin parlamentlərinə müxtəlif məzmunlu yüzlərlə məktub ünvanladılar. Bərdə, Tərtər və Gəncənin bombalanmasına, dinc sakinlərin həlak olmasına etirazlarını bildirdilər, aksiyalar keçirdilər. Bu 44 gün ərzində həm də televizor ekranları qarşısında sonsuz həyəcanla Sizin müjdəli xəbərinizi gözlədik, işğaldan azad edilən hər məntəqənin adını eşitdikcə ürəkləndik, qürur duyduq, təsirli anlar yaşadıq. Nəhayət, ən möhtəşəm müjdəni - qədim Şuşanın işğaldan azad olunması xəbərini noyabrın 8-də Şəhidlər xiyabanından bəyan etdiniz. İki gün sonra isə Ermənistanın kapitulyasiya etməsi, Azərbaycanımızın düşmən üzərində parlaq Qələbə çalması xəbərini də ilk olaraq Sizdən eşitdik. Otuz ilə yaxın gözlənilən bu Qələbənin şərəfinə Gürcüstanın ayrı-ayrı bölgələrində qurbanlar kəsildi, ziyafətlər, tədbirlər təşkil olundu, şəhidlərimizin əziz xatirəsinə ehsanlar verildi. Bu ildırımsürətli müharibədə əslən Gürcüstandan olan yüzlərlə əsgərimiz də döyüşüb. Son məlumatlara görə, onlardan 16 nəfər şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Hörmətli cənab Prezident, bu parlaq Qələbəyə, qaytarılan milli qürurumuza, özünəinamımıza, 30 ilə yaxın yağı tapdağında inildəyən əzəli və əbədi Azərbaycan torpaqlarında üçrəngli müqəddəs bayrağımızı ucaltdığınıza görə Sizə və qəhrəman Azərbaycan Ordusuna ürəkdən təşəkkür edirik.

Məhz Sizin uzaqgörən və müdrik siyasətiniz Ali Baş Komandan kimi mahir sərkərdəliyiniz sayəsində xalqımız bu Zəfəri yaşadı. Dekabrın 10-da keçirilən Zəfər Paradı isə Sizin "Qarabağ Azərbaycandır və nida" kəlamınıza əbədi bir nida qoydu. Uca Tanrı Sizi, Azərbaycanımızı və bütün azərbaycansevərləri qorusun”.

“Bu gün uğurlu siyasətinizin bəhrəsini həm də azad olunmuş
ərazilərimizdə sürətlə gedən bərpa işlərində görürük”

Qax sakini Aytəkin Musayeva: “Hörmətli cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən haqlı davamızda qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi və qüdrətli Ordumuzu təbrik edirəm. Hərbi və siyasi sahədə əldə etdiyiniz möhtəşəm Qələbədən, hər bir azərbaycanlı kimi mən də qürur hissi duyaraq Sizə minnətdarlıq edirəm. Bu gün uğurlu siyasətinizin, çətin və şərəfli işinizin bəhrəsini həm də azad olunmuş ərazilərimizdə sürətlə gedən bərpa işlərində görürük. Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa, Sizə və ailənizə cansağlığı diləyirəm. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qüdrətli Ordumuz! Qarabağ Azərbaycandır!”.

“Sizin dediklərinizi heç vaxt unutmayacağam və
daim Vətənimə xidmət edəcəyəm

Quba sakini Ömər Əliyev: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, mən Sizi çox sevirəm, hər gün Sizi televiziyada izlədikcə qürur duyuram, çıxışlarınıza fəxrlə baxıram. Otuz ildir ermənilərin tapdağı altında olan torpaqlarımız Sizin və Ordumuzun sayəsində azad edildi. Sizin çıxışlarınız xalqımızı sevindirdi, düşmənə yerini göstərdi. Mənim 8 yaşım var. Uşaq olsam da, Sizin dediklərinizi heç vaxt unutmayacağam və daim Vətənimə xidmət edəcəyəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

“Bu Qələbə şəxsən Sizin siyasi iradənizin, yürütdüyünüz
daxili və xarici siyasətin uğurlu nəticəsidir”

Şamaxı sakini Mayıl Alıcanov: “Hörmətli cənab Prezident, Qarabağ torpaqlarını erməni faşistlərindən tam azad etdiyinizə və Qələbə sevincini bizə yaşatdığınıza görə bütün şamaxılılar adından Sizə dərin minnətdarlığımızı bildirir və Sizinlə fəxr edirik. Bu Qələbə şəxsən Sizin siyasi iradənizin, yürütdüyünüz daxili və xarici siyasətin uğurlu nəticəsidir. Siz erməni faşistləri tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə bütün dünya azərbaycanlılarına sevinc yaşatdınız, qürurumuzu, milli mənliyimizi özümüzə qaytardınız, xalqımızın məğlubedilməzliyini bir daha dünyaya göstərdiniz. Azərbaycan Respublikasının Prezidenti kimi şəxsən Sizin və Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərimizdə şərəf və qürur mənbəyimiz, müstəqilliyimizin rəmzi olan bayrağımızı ucaltmaqla dövlətimizin ərazi bütövlüyünü və suverenliyini, xalqımızın mənəvi birliyini, yenilməzliyini və əbədiliyini bir daha sübuta yetirdiniz. Bu böyük Qələbəni və sevinci bizə yaşatdığınız üçün Sizə minnətdarıq. Uca Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar diləyirik”.

“Bu Qələbə həm də Azərbaycan xalqının özünəinamını
və qalibiyyət hissini bərpa etdi”

Gəncə şəhərindən Məhəmməd Zeynalov: “Hörmətli cənab Prezident, Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti, Sizin müdrik rəhbərliyiniz sayəsində qazanılan bu möhtəşəm Qələbə münasibətilə Zati-alinizi və xalqımızı ürəkdən təbrik edirəm. 44 gün davam edən Vətən müharibəsində Sizin komandanlığınız altında müzəffər Ordumuz mənfur düşmən üzərində parlaq qələbə çalaraq, 28 il işğal altında qalan torpaqlarımızı azad etdi. Bu Qələbə ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də Azərbaycan xalqının özünəinamını və qalibiyyət hissini bərpa etdi. Cənab Prezident, Siz müasir ordu quruculuğunun ən mükəmməl modelinin müəllifisiniz. Bu Qələbəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

“Azərbaycan Ermənistan üzərində təkcə hərbi deyil,
eyni zamanda, siyasi və psixoloji qələbə qazandı”

Daşkənd şəhərindən Mais İbadov: “Möhtərəm cənab Prezident, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü bir daha dünyaya göstərdi. Qarabağın işğal altındakı əraziləri Sizin göstəriş və əmrinizlə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində azad edildi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan üzərində təkcə hərbi deyil, eyni zamanda, siyasi və psixoloji qələbə qazandı. Bununla Azərbaycan ümumiyyətlə erməni mifini darmadağın etdi. Biz - Özbəkistandakı azərbaycanlılar düşmən üzərində qazanılan bu Zəfəri böyük sevinclə qarşıladıq. Azərbaycan xalqı və Ordusu Sizin ətrafınızda hər zaman bir yumruq kimi birləşib. İkinci Qarabağ müharibəsində Sizin diplomatik addımlarınız və qətiyyətiniz Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi yaratdı. Bu gün Özbəkistanda yaşayan soydaşlarımız da birlik nümayiş etdirərək dövlətimizi və Ali Baş Komandan olaraq Sizin siyasətinizi dəstəkləyirlər. Sizin qətiyyətli çıxışlarınız bizləri fərəhləndirir. Hər birimiz Vətən yolunda döyüşməyə hazırıq. Yaşasın Azərbaycan dövləti! Yaşasın Müzəffər Ali Baş Komandan!”.

“Sizinlə fəxr edir və qürur duyuruq”

Şirvan şəhərindən Xeyrulla Əzizov: “Hörmətli cənab Prezident, bu əlamətdar, tarixi günlərdə ərazi bütövlüyümüzün tamamilə bərpa olunması münasibətilə şəxsən öz adımdan və Şirvan ziyalıları adından böyük sevinc və qürur hissi ilə Sizi, Müzəffər Azərbaycan Ordusunu və Azərbaycan xalqını təbrik edirəm. Ölkəmizə hərbi və diplomatik sahələrdə qələbə qazandıran uzaqgörən siyasətiniz üçün Sizə təşəkkür edirəm. Möhtərəm Prezidentimiz, noyabrın 10-da Sizin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımla birlikdə Ulu Öndərin məzarını ziyarət edərək ata vəsiyyətini şərəflə yerinə yetirən oğul kimi hesabat verməyiniz, Şəhidlər xiyabanında xalqımıza Qələbə müjdəli müraciətiniz hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi. Sizinlə fəxr edir və qürur duyuruq. Ürəyimiz Vətən uğrunda canından keçən hər bir xilaskar döyüşçü - şəhid üçün kədərlənir. Bu şərəfli oğulları böyüdən ailələrə başsağlığı veririk. Eşq olsun Azərbaycan Ordusuna və onun Müzəffər Ali Baş Komandanına! Qarabağ Azərbaycandır!”.

“Möhtəşəm hərbi parad Türkiyə və Azərbaycan qardaşlığının
nümayişi, Sizin birbaşa uğurlu zəhmətinizin bəhrəsidir”

Almatı şəhərindən Qəhrəman Sadiyev: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, əvvəla şəxsən öz adımdan və Almatı şəhərində yaşayan Azərbaycanlılar Assosiasiyası adından Sizi və bütün Azərbaycan xalqını bu Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Xəyallarımızı, istəklərimizi gerçəkləşdirdiyiniz üçün Sizə böyük minnətdarlığımı bildirirəm. Çox yüksək səviyyədə təşkil olunmuş möhtəşəm hərbi parad Türkiyə və Azərbaycan qardaşlığının nümayişi, Sizin birbaşa uğurlu zəhmətinizin bəhrəsidir. Xalqımıza Sizin kimi Prezidentin başçılıq etməsi çox qürurvericidir. Bu gün hamımız Qələbə sevinci yaşayırıq və bu sevinci bizlərə yaşadan hər bir əsgərimiz var olsun, onların əllərindən, gözlərindən öpürəm və bu yolda şəhid olan hər bir Azərbaycan əsgərinə Allahdan rəhmət diləyirəm, onların ruhları qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirəm. Hörmətli cənab Prezident, biz Sizinlə qürur duyuruq. Sizin rəhbərliyiniz altında Azərbaycanın müzəffər Ordusu yeni tarix yazdı və Siz həmin tarixin, XXI əsrin qəhrəmanı oldunuz. Əminəm ki, bundan sonra da Sizin uzaqgörən siyasətinizlə Azərbaycan yüksək şəkildə inkişaf edəcək və həmişəki kimi bütün mübarizələrdə qalib olacaqsınız. Biz Sizinlə fəxr edirik, Allah Sizi, Ordumuzu, millətimizi qorusun!”.

“Müzəffər Ordumuzun bərpa etdiyi dövlət sərhədlərimiz
Sizin sayənizdə daimi və əbədi olacaq”

Rusiyanın Saratov şəhərindən Bəhmən Qasımov: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, biz Rusiya Federasiyasında vətən eşqi ilə yaşayırıq. Vətənimizin bu ağır günlərində daim xalqımızın yanında olduq. Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin əsas planlarından biri ölkədə qüdrətli ordu yaratmaq idi və buna görə ona böyük hörmətimiz var. O, dahi rəhbər idi və bu işlər onun xalqına olan məhəbbətindən irəli gəlirdi. Bu məqsədlə Ulu Öndərimiz tərəfindən şanlı Ordumuzun möhkəm bünövrəsi qoyuldu, Siz isə onun layiqli davamçısı olaraq bu Ordunu daha da nizamlayaraq, gücləndirdiniz. Yaratdığınız Ordu 44 gün ərzində 30 il işğal altında olmuş doğma Qarabağ torpaqlarından yağı düşməni iti qovan kimi qovdu. Ard-arda Qələbə xəbərləri ilə bizləri sevindirdiniz. Baxmayaraq ki, 30 il BMT, ATƏT-in Minsk qrupu erməni faşizminə göz yumurdu. Cənab Ali Baş Komandan, Vətənimiz naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Sizinlə və şanlı Ordumuzla fəxr edirik. Allah Sizi, şanlı Ordumuzu qorusun!

Cənab Prezident, bizə mənəvi dəstək olan – bir millət, iki dövlət olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında gözəl fikirlər söylədi: “Azərbaycanın kədəri bizim kədərimizdir, sevinci bizim sevincimizdir, qələbəsi bizim qələbəmizdir. İlham Əliyev mənim qardaşımdır!”. Bizə dəstək olmaq istəyən digər dövlətlərdən Pakistan, İsrail, Gürcüstan da başqa müsəlman ölkələri də vardır. Biz onların hər birinə bu mənəvi dəstəyə görə təşəkkür edirik. Siz bütün dövlətlərlə əlaqələri Azərbaycanın mənafeyinə uyğun qura bildiniz. Qardaş Türkiyə əsgərlərinin Azərbaycana gəlməsini və gördüyünüz bütün tədbirləri alqışlayırıq. Bu gün igid oğullarımızın qanı, canı bahasına işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanır. Qoy heç vaxt bu bayraqlar enməsin. Allah şəhidlərimizə rəhmət eləsin, onların anaları qarşısında baş əyirik. Yaralı əsgərlərimizi həyata qaytaran hərbi həkimlərimizə minnətdarıq. Cənab Prezident, biz Qarabağımızı gələcəkdə daha da çiçəkləndirəcəyinizə inanırıq. İnanırıq ki, müzəffər Ordumuzun bərpa etdiyi dövlət sərhədlərimiz Sizin sayənizdə daimi və əbədi olacaqdır. Sizinlə, müzəffər Ordumuzla fəxr edirik. Əziz Prezidentimiz, Vətənimizin qəhrəman oğlu, müzəffər Ali Baş Komandanı, xalqımızın əzizləri İlham Əliyev və Mehriban xanım Əliyeva, Sizə bu tarixi günlərdə möhkəm cansağlığı arzulayıram. Əldə etdiyimiz qələbələrə görə Sizə minnətdarıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib