Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Sizin xalqa müraciətləriniz və işğaldan azad olunan yaşayış məntəqələrinin adlarını açıqlamağınız bizim üçün ən sevimli anlara çevrilir

Prezidentə yazırlar: Sizin xalqa müraciətləriniz və işğaldan azad olunan yaşayış məntəqələrinin adlarını açıqlamağınız bizim üçün ən sevimli anlara çevrilir

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun cəbhədə ard-arda qazandığı qələbələr bütün vətəndaşlarımızın, eləcə də xaricdə yaşayan soydaşlarımızın böyük sevincinə səbəb olur. Onlar bu sevinc hisslərini yaşadıqlarına görə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təşəkkür məktubları yazırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Türkiyənin Ankara şəhərindən Süleyman Vəliyev yazır: “Hörmətli cənab Prezident, doğma torpaqlarımızın mənfur erməni düşmənindən azad edilməsi münasibətilə Sizi özümün və hazırda Ankarada təhsil aldığım "Gülhane" Tibb Universitetinin tələbə və həkim kollektivi adından təbrik edir, həmçinin Sizə minnətdarlığımızı bildirir, uzun ömür və cansağlığı arzu edirəm. İnanırıq ki, Azərbaycan Ordusu öz gücü və qüdrəti ilə tezliklə hazırkı qələbəni böyük qələbəyə çevirəcəkdir. Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, alqışlayırıq. Biz hər zaman Sizin və güclü Azərbaycan Ordusunun yanındayıq. Artıq bütün dünya bilir ki, Azərbaycanın davası haqq davasıdır, vətənpərvərlik, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Belə bir zirvəyə yüksəlmək, bu zirvəni qorumaq bizim hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Ehtiyac olarsa, hamımız cəbhəyə getməyə hazırıq. Cənab Prezident, Allah Sizə və ordumuza bu haqq yolunda yardımçı olsun. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!”.

Ağdam sakini Şövqi Qədirov yazır: “Hörmətli cənab Ali Baş Komandan, sentyabrın 27-də düşmən təxribatına cavab olaraq Ordumuzun Sizin əmrinizlə başladığı əks-hücum əməliyyatları və ard-arda gələn tarixi uğurlar bir gənc müəllim kimi bizləri hədsiz qürurlandırdı. Bu gün xalqımızda müşahidə olunan milli ruh çox yüksəkdir. Sizin həm daxili, həm də xarici siyasətinizi ailəliklə bəyənir və dəstəkləyirik. Mən əminəm ki, qısa müddət ərzində Şanlı Ordumuz bizə Sizin rəhbərliyinizlə xoş xəbərləri verəcək. Allah Sizi və Vətən uğrunda şücaətlə vuruşan Ordumuzu qorusun”.

Bakı şəhər sakini Sevda Əkbərova: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, hazırda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən müharibə şəraitində dövləti əzmlə, layiqincə idarə etməyiniz bizlərə çox qürur verir. Sizin əzmkar iradəniz və hadisələri əvvəlcədən təhlil etmək qabiliyyətiniz sayəsində qələbəyə nail olacağımıza inanırıq. Biz Sizinləyik və yanınızdayıq! Azərbaycan xalqı Sizi sevir və öz Prezidenti ilə fəxr edir. Yaşasın Azərbaycan! Yaşasın onun Ali Baş Komandanı! Qarabağ Azərbaycandır!”.

Bərdə sakini Gülnar Muradova: “Möhtərəm cənab Prezident, Siz hamımızın doğma, əzizi, qüdrətli liderimiz, fəxrimizsiniz. Sizinlə hər birimiz qürur duyuruq. Allah Sizi xalqımıza çox görməsin. 27 ildir Vətənimdən - Ağdamımdan ayrı düşmüşəm. Sizin sayənizdə bu həsrət sona çatacaq, inşallah. Buna əminəm. Bizə bu xoşbəxtliyi yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır! Xalq İlham, İlham xalqdır! Vuran ürəyimiz, tökülən qanımız, axan göz yaşımız Vətənə qurbandır. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Yaşa Prezidentim, yaşa millətinlə baş-başa. Mən bu misraları yazanda top, tüfəng səsindən ev titrəyir. Amma qorxmuruq, Sizin kimi dayağımız varsa, biz heç nədən qorxmuruq! Siz var olduqca, bizlər də var olacağıq. Allah Sizi qorusun. Amin!”.

Bakı şəhər sakini Qiyas Əhmədovun məktubunda deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkünəm, hazırda Qəbələ rayonunda məskunlaşmışam. Çox-çox şükür edirəm ki, Azərbaycan xalqının Sizin kimi müdrik, dərin savadlı Prezidenti var. Mən və ailə üzvlərim Sizinlə fəxr edirik. Bu gün hər bir azərbaycanlı qələbəyə köklənib. Gözümüz yolda, qulağımız səsdədir. Hər an xoş xəbərlərin sorağındayıq. Sizin xalqa müraciətləriniz və işğaldan azad olunan yaşayış məntəqələrinin adlarını açıqlamağınız bizim üçün ən sevimli anlara çevrilir. Cəbhədə qazanılan uğurlar münasibətilə Sizi və ailənizi ürəkdən təbrik edirəm. Yolunuz açıq, uğurlarınız bol olsun!”.

Lənkəran sakini Camal Sadıqov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, indiki müharibə şəraitində apardığınız məqsədyönlü siyasətinizi dəstəkləyir və Sizinlə fəxr edirik. Siz başda olmaqla, bütün Azərbaycan Ordusuna bu haqq yolunda yeni-yeni uğurlar arzu edirik. İnanırıq ki, Sizin cəsarətiniz və qəhrəman Ordumuzun şücaəti xalqımızı uğurlu gələcəyə aparacaqdır. Bu şərəfli yolda hamımız Sizə arxa və dayağıq. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”.

Astara sakini Cankişi Qurbanov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Azərbaycan bayrağının Hadrut qəsəbəsində dalğalanmasını izləyəndə hiss etdiyim xoşbəxtlik hisslərini sözlə ifadə edə bilmərəm. Bilirəm ki, bütün Azərbaycan xalqı, bütün qarabağlılar da həmin dəqiqələrdə mənim kimi xoşbəxt idilər. Sizinlə, əsgərlərimizlə, birlik göstərən xalqımla fəxr edir, qürur hissi keçirirəm. Hamımızın daxilində Sizin dediklərinizin həyata keçəcəyi ilə bağlı əminlik, rahatlıq var. İnanıram, çox inanıram ki, hər şey gözəl olacaq”.

Qusar sakini Yüzbəy Abuyev: “Hörmətli cənab Prezident, biz qusarlılar Sizin siyasətinizə, Ordumuzun gücünə, zəfər çalacağımıza inanırıq. Bu haqq yolunda bir addım belə geri çəkilməyəcəyik. Qüdrətli Ordumuzun cəbhədəki uğurları tarixi torpaqlarımızın işğalçılardan təmizlənəcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına böyük əminlik yaradır. Əminik ki, xalqımız Sizin ətrafınızda həmişə olduğu kimi, sıx birləşərək mənfur düşmənlərimizə layiq olduğu yeri göstərəcəkdir. Cənab Ali Baş Komandan, cəbhə bölgəsindən gələn ürəkaçan, şad xəbərlərə görə Sizə minnətdarlığımızı bildiririk. Bu yolda Sizə və rəşadətli Ordumuza güc-qüvvət, yeni böyük uğurlar arzulayırıq. Zəfər bizimlədir, Qarabağ Azərbaycandır!”.

Şəki sakini Baba Səmədov dövlətimizin başçısına yazır: “Möhtərəm cənab Ali Baş Komandan, qısa zaman kəsiyində mənfur düşmən üzərində qazanılan uğurlar münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Allah qoysa, tezliklə bütün Qarabağın azad ediləcəyinə, şanlı Ordumuzun zəfər çalacağına əminik. Ən böyük arzumuz odur ki, üçrəngli bayrağımız Xankəndidə, Şuşada dalğalansın. Bu çətin və şərəfli işdə Sizə uğurlar diləyirəm. Qəti əmin ola bilərsiniz ki, xalq Sizin ətrafınızda çox sıx birləşib. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bizim əzəli torpağımızdır. Qarabağ Azərbaycandır!”.

İmişli sakini Almaz Abışov: “Cənab Ali Baş Komandan, işğal altında olan torpaqlarımızın bu günlərdə Sizin vahid komandanlığınız altında erməni terrorçulardan azad olunması xəbəri məni çox sevindirdi. Ona görə ki, 1991-ci ilin noyabr ayında Qarabağ uğrunda gedən qanlı döyüşlərdə mən dörd həmkarımla birgə həmin ərazidə vuruşmuşuq. Döyüşçü dostlarımdan biri Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyev idi. Ovaxtkı rəhbərliyin siyasi səriştəsizliyinin acı nəticəsi olaraq, bir çox torpaqlarımızı itirdik. Cəbrayıl rayonu və Hadrut qəsəbəsinin bu günlərdə işğaldan azad edilərək, həmin ərazilərdə Azərbaycan bayrağının sancılması xəbəri məni sevinc göz yaşlarına qərq etdi. Çünki mən özüm də o ərazidə yaralanmışam. Bu gün təkcə mənim silahdaşlarım fərəhlənmir, eyni zamanda, həmin ərazilərdə şəhid olanların ruhları şad olur. Cənab Prezident, bütün bunları bizə yaşatdığınıza görə Sizə və qüdrətli Ordumuza öz adımdan və İmişli rayon polis şöbəsinin əməkdaşları və veteranları adından sonsuz minnətdarlığımızı bildiririk. Biz həmişə Sizinlə bir yerdəyik. Allah Sizə yar olsun!”.

Bakı şəhər sakini Tağı Məmmədov: “Cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının öz ata-baba torpaqlarını erməni qəsbkarlardan azad etmək uğrunda apardığı mübarizə bizim üçün də bir çağırışdır. Məhkumluq həyatı yaşadığımdan mən bu mübarizədə iştirak edə bilmirəm. Ancaq hər zaman buna hazıram. Mənim hərbi təhsilim var. Bir çox silahdan istifadə etməyi mükəmməl bacarıram.

Cənab Prezident, razılıq olduğu təqdirdə, mən də bu yurdun bir oğlu kimi cəbhə bölgəsinə yollanmağa hazıram. Yetər ki, əmr edəsiniz”.

Paytaxt sakini Nicad Niyazi: “Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan, bizə verdiyiniz qələbə müjdəli xəbərlərə görə Sizə təşəkkür edirəm. Hər zaman Sizi dəstəkləmişəm və dəstəkləyəcəyəm. Siz dünya siyasətçiləri arasında öz sözünü deyən qüdrətli, qətiyyətli, güclü bir lidersiniz. Sizin erməni cəlladlarına verdiyiniz tutarlı dərs ömür boyu onların yaddaşlarından silinməyəcək. Bütün xalq olaraq, Azərbaycan vətəndaşı olaraq Sizin atdığınız hər bir addımı dəstəkləyirik, Sizə güvənirik, hər zaman da güvənəcəyik. İnanırıq ki, işğal olunmuş bütün torpaqlarımızdan sonuncu düşmən cəlladları çıxana qədər mübarizəni davam etdirəcəksiniz. Sizin xalqa etdiyiniz müraciətlərinizdə dediyiniz hər bir söz bizim üçün bir sevincdir, ruh yüksəkliyidir, qələbə hissidir. Allah Sizi qorusun”.

Bakı sakini Uğur Şıxəlizadə: “Hörmətli cənab Ali Baş Komandan, mən Bakı şəhərində yaşayan bir məktəbli olaraq Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxın düşmən tapdağı altında olan qiymətli torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində apardığı uğurlu əməliyyatlardan qürur duyuram. İnanırıq ki, yaxın vaxtlarda xilaskar Azərbaycan əsgərinin gücü və döyüş bacarığı sayəsində daha xoş xəbərlərin şahidi olacağıq. Bu bir neçə gündə gedən uğurlu əməliyyatlar mənə gələcəyin bir əsgəri kimi böyük qurur hissi yaşadır. Allah Sizə və ordumuza cansağlığı versin. Biz Sizə və güclü Ordumuza çox güvənirik. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”.

Sabirabad sakini Araz Budaqov: “Əziz və hörmətli Prezident, mən bu məktubu Sizə böyük sevinc və qürur hissi ilə yazıram. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, bu gün Siz də xalqı sevir, onun inkişafı, dünya xalqları içərisində layiqli yer tutması üçün əlinizdən gələni edirsiniz. Siz xalq üçün işləyirsiniz. Xalqın xoşbəxtliyi üçün nə lazımdırsa, edirsiniz, qaçqın, köçkün və şəhid ailələrinə hər cür kömək edirsiniz. Ölkəmizdə baş verən bədbəxt hadisələr, təbii fəlakətlər zamanı Siz həmişə xalqın yanında olursunuz. Bu, hər bir vətəndaşı sevindirir, qəlbini qürur hissi ilə doldurur. Bu, xalqa olan böyük məhəbbətdir. Hörmətli və əziz Prezident, sentyabrın 27-də erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq Azərbaycana hücum etdilər. Sizin rəhbərliyinizlə ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənə layiqli cavab verdi. Torpaqlarımız azad edilir. Siz "Qarabağ Azərbaycandır!" deyəndə adamın sevincdən gözləri yaşarır. Sizin bütün çıxışlarınız insanların qəlbində sevinc, fərəh və qürur hissi yaradır. Allah Sizi qorusun. Əziz və hörmətli Prezident, Siz xarici televiziya telekanallarına müsahibələr verirsiniz. Hamısında da Vətən sevgisi, xalq məhəbbəti vardır. Ordumuz işğal olunmuş torpaqlarımızı geri aldıqca, irəli getdikcə, insanlar sevinir, sanki uçmağa qanadları çatmır. Qoy, Allah Sizi Azərbaycana çox görməsin. Ömrünüz uzun olsun. Allah Sizi və Azərbaycanı qorusun. Torpaqlarımız tam azad olsun və hər bir guşəsində Azərbaycan bayrağı dalğalansın. Cənab Prezident, ürəyimdə bir arzu və istək var. Siz cəbhədə baş verən hadisələr barədə məlumat verəndə Sizi qucaqlayıb bağrıma basmaq istəyirəm. Elə istəyirəm ki, müharibə tezliklə qurtarsın, qələbə çalınsın. Yaşasın Azərbaycan xalqı və onun Prezidenti İlham Əliyev! Yaşasın qəhrəman Azərbaycan Ordusu! Qoy ədalət həmişə zəfər çalsın!”.

Yardımlı rayonundan Raqil Baloğlanov: “Hörmətli cənab Ali Baş Komandan, son həftələr Ordumuzun göstərdiyi igidlik Sizin uğurlu addımlarınızın bariz nümunəsidir. Sizin məqsədyönlü siyasətiniz bir daha göstərdi ki, Azərbaycan hər şeyə qadirdir. Bu gün Azərbaycan Ordusu torpaqlarımız uğrunda qəhrəmanlıqla vuruşur. Əsgərlərimiz canından keçər, amma bir qarış torpağı geri verməz. Mən azərbaycanlı və Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olduğum üçün qürur duyuram. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Abdullah Nəzərli: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin uğurlu siyasətiniz sayəsində biz bu gün Qarabağda uğur əldə edirik. Biz 30 il səbir etdik. Amma bu illər ərzində işimizdə səbirlə yanaşı, qəti əminlik də var idi. Əmin idik ki, rəhbərliyinizlə doğma Qarabağı erməni işğalından azad edəcəyik. O günlər yetişdi. 30 ildən sonra müqəddəs borcumuzu yerinə yetirməyə başladıq. İnşallah, bu yaxınlarda bütün Azərbaycan, həmçinin dünya “Qarabağ torpaqları tamamilə erməni işğalından azad olundu” xəbərini eşidəcək. Allah Sizi qorusun. İnşallah, Azərbaycan bayrağı Şuşada dalğalanacaq. 30 il sonra Ağdamda, Şuşada, Qarabağımızın hər yerində məscidlərimizdə namaz qılınacaq, azan oxunacaq. Amin. Biz məktəblilər tarixə yazılacaq bu hadisələri canlı izlədiyimizə, təkcə kitablardan oxumadığımıza görə xoşbəxtik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO