Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Sizin xalqımızın birliyini, sağlamlığını və rifahının yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik

Prezidentə yazırlar: Sizin xalqımızın birliyini, sağlamlığını və rifahının yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik

Bakı, 5 iyun, AZƏRTAC

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Cəlilabad rayonunun sakinləri Firon Qasımov, Bəhruz Hüseynov və Qabil Mustafayev yazırlar: “Möhtərəm cənab Prezident, kəndlilərin çörəyi torpaqdan çıxır. Bu torpağı da bizə ulu öndərimiz Heydər Əliyev bağışlayıb. O vaxtdan bəri torpaqlarımızı əkib-becərir və müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edirik. Lakin təsərrüfatımızda əsas yeri kartof tutur. Biz məhsulumuzu Rusiyaya ixrac edərək ölkəmizə çoxlu vəsait cəlb edirik. Cənab Prezident, hər il olduğu kimi, bu il də Siz bu məsələdə bizə yaxından kömək etdiniz. Rusiyadan gələn maşınların ölkəmizə maneəsiz daxil olmasını təmin edərək məhsulumuzun xarici bazarlarda satılmasına şərait yaratdınız. Bu məsələdə heç bir problemimiz olmadı. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq, cənab Prezident! Allah Sizi qorusun! Sağ olun”.

Gədəbəy rayonunun Arıqıran kəndindən şəhid anası Səyyarə Musayeva: “Möhtərəm cənab Prezident, bütün dünyada böhranın baş alıb getdiyi bir vaxtda ölkəmizdə, o cümlədən Gədəbəyimizdə aparılan abadlıq-quruculuq işlərinə görə bir şəhid anası kimi Sizə təşəkkür edirəm. Arıqıran kəndinə təbii qaz xəttinin çəkilişinə və işıq dirəklərinin yenilənməsinə başlanılıb. Uzun müddət idi ki, elektrik enerjisi və yanacaq sarıdan əziyyət çəkirdik. Sakinlərə göstərdiyiniz bu diqqət və qayğıya görə bir daha Sizə təşəkkürümü bildirirəm. Tanrı Sizi və Azərbaycanımızı qorusun!”.

Ağcabədi rayonundan Ülviyyə Cəbrayılova: “Möhtərəm cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Karantin rejiminin tətbiqi və yüksək standartlara uyğun modul tipli xəstəxanaların açılışı koronavirusla mübarizədə görülən tədbirlərin ən bariz nümunələrdir. Biz əminik ki, Sizin tövsiyələrinizlə bu virusdan tez bir zamanda xilas olacağıq. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik”.

Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Əlipaşa Əliyev: “Hörmətli cənab Prezident, hər şeydən əvvəl şəxsən öz adımdan, bütün yaxınlarımın və Azərbaycan xalqının adından Sizə təşəkkür edirəm. Siz dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığını hər şeydən üstün tutaraq onu böyük bir fəlakətdən qorumaqdasınız. İllər keçəcək, amma Sizin bu əvəzsiz xidmətləriniz heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcək. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın çağırışı və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı, Azərbaycanı anarxiyadan, uçurumdan, AXC-Müsavat cütlüyünün qaraguruhundan xilas etdi. Qısa müddət ərzində Odlar Yurdunda tərəqqi, inkişaf başlandı. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir. Vaxtilə köməyə ehtiyacı olan Azərbaycan indi özü başqa dövlətlərə kömək edir, yardım göndərir. Bütün bunlar əlbəttə ki, böyük dəyərdir, ölkəmizin gücünün göstəricisidir. Hörmətli cənab Prezident, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə bir daha Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə, əzizlərinizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Göyçay rayonunun sakinləri Akif Sərkərov, Əsgər Əkbərov, Tahir Əliyev və İlham Mustafayev yazırlar: “Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin rəhbərliyinizlə vaxtında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xalqımız bu bəlaya ilkin mərhələdə minimum itkilərlə qalib gəlməyə nail oldu. Karantin rejimi dövründə vətəndaşların sosial və digər yardımlarla təmin edilməsi üçün Sizin və Mehriban xanımın gördüyünüz işləri hər bir azərbaycanlı kimi, biz göyçaylılar da çox bəyənir və təqdir edirik. İş yerləri müvəqqəti bağlanmış fiziki və hüquqi şəxslərə kompensasiyaların, işsizlərə 190 manat birdəfəlik ödəmənin və ehtiyacı olan insanlara Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımlarının verilməsi Sizin və Mehriban xanımın qayğıkeşliyinizin bariz nümunələridir. Hörmətli cənab Prezident, yaşadığımız məhəllə Göyçay çayının sağ sahilində yerləşir. Sizin Sərəncamınıza əsasən Göyçay çayında aparılan məcradəyişmə, sahilbərkitmə işlərindən və yeni körpünün tikilməsindən sonra yaşadığımız ərazidə avtomobillərin hərəkəti intensivləşib. Avtomobil yolunda asfalt örtüyü olmadığı üçün yaranan toz kütləsi burada yaşayan insanlara ciddi narahatlıq yaradırdı. Bu məsələ ilə bağlı müraciətimizdən dərhal sonra qeyd olunan əraziyə 500 metr məsafədə asfalt örtüyü salınıb. Cənab Prezident, görülən və görüləcək işlərə görə sakinlər adından Sizə və Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk.

Zərdab rayonunun Şəftəhal kəndindən Cahan Xəlilova: “Möhtərəm Prezident, mənim 11 övladım, 25 nəvəm, 20 nəticəm, 2 kötücəm var. Həyat yoldaşım Böyük Vətən müharibəsinin iştirakçısı olub, 2004-cü ildə vəfat edib. Ailə vəziyyətimiz çox ağır olub. Ancaq buna baxmayaraq, həmişə xoşbəxt günlərimin qabaqda olacağı ümidi ilə yaşamışam. Bəli, bu gün mən özümü dünyanın ən xoşbəxt analarından biri hesab edirəm. Övladlarım, nəvələrim və nəticələrim dövlət müəssisələrində müəllim, hərbçi, həkim, mühəndis və neftçi işləyirlər. Onlarla fəxr edirəm. Bir qəhrəman ana olaraq, bütün bunlara görə bu günlərdə anadan olmasının 97-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyevə, sabitliyin, əmin-amanlığın qorunmasında, əhalinin sosial rifah halının yaxşılaşdırılmasında həyata keçirdiyiniz və pandemiya ilə əlaqədar görülmüş qabaqlayıcı tədbirlərə görə Sizə minnətdaram.

Siz bir daha sübut etdiniz ki, əhalinin sağlamlığı hər şeydən üstündür. Koronavirusun iqtisadiyyatımıza vurduğu ziyana baxmayaraq, imkansız və aztəminatlı ailələrə edilən yardımlar, verilən sosial müavinətlər, Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə Qələbənin ildönümü ilə əlaqədar birdəfəlik müavinətlərin verilməsi göstərir ki, bu çətin vəziyyətdə də ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq. Əziz Prezidentimiz, müasir müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev, Azərbaycanı sürətlə inkişaf etdirib qabaqcıl ölkəyə çevirən isə Sizsiniz. Ən böyük arzularımdan biri odur ki, işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə azad edilsin. Əminəm ki, bu işin öhdəsindən də tezliklə gələcəksiniz. Allah Sizi qorusun!”.

Mingəçevir şəhərindən Elnarə Abışova: “Hörmətli cənab Prezident, mən Rusiya vətəndaşıyam, 25 yaşım var. Rusiyada doğulmuşam, orada böyümüşəm və İqtisad Universitetini bitirmişəm. Virusla əlaqədar sahibkarlara kompensasiyanın verilməsinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Kompensasiyaya görə çox sağ olun. Bu il ölkəmizə qənim kəsilmiş virus bizə çox ziyan vurub, lakin insanların həyatından əhəmiyyətli heç nə yoxdur. Siz vaxtında karantin elan etməklə onların həyatını xilas etdiniz.

Dörd il bundan əvvəl mən Mingəçevir şəhərində turizm agentliyi açmışam. Arzum budur ki, Mingəçevir gələcəkdə turizm şəhəri olsun”.

Bakının Yasamal rayonundan Gözəl Musayeva: “Azərbaycan xalqının əziz və hörmətli oğlu, mənim 62 yaşım var, birinci qrup əliləm. Sizin kimi Prezidentim olduğu üçün fəxr edirəm. Çünki Siz xalqın qayğısına qalırsınız, vətəndaşlara diqqət göstərirsiniz. Dünyanı lərzəyə salan koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını aldınız, böyük fədakarlıq göstərərək xalqımızı ağır vəziyyətdən çıxardınız. Buna görə xalq Sizi alqışlayır. Sizin aztəminatlı insanlara, xəstələrə, imkansızlara kömək göstərilməsi barədə çağırışınız və bu istiqamətdə əməli işləriniz çoxlarına örnək oldu. Bir çoxları Sizdən nümunə götürərək ehtiyac içində olan insanlara kömək göstərməyə başladılar, xeyriyyəçilik etdilər. Bu amil bizi birliyə səsləyir, xalqımızın daha güclü, dövlətimizin daha qüdrətli olmasına zəmin yaradır. Hər kəs bir-birinə əl uzatsa, bir-birinin əlindən tutsa, sözsüz ki, dövlətimiz daha da güclənər.

Hörmətli Prezident, Siz Azərbaycanı bütün dünyada tanıtmısınız. Azərbaycan xalqı Sizi sevir, Sizə inanır və güvənir. Bütün işlərinizdə Allah Sizə kömək olsun!”.

Yasamal rayonundan akademik Nazim Məmmədov, professor İmaməddin Əmiraslanov, dosentlər Nadir Abdullayev və Ziya Əliyev yazırlar: “Möhtərəm cənab Prezident, əməyimizə verdiyiniz yüksək qiymətə - bizi 2020-ci il Elm üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və böyük dəstəyi, Sizin düşünülmüş siyasətiniz, elmə, elm adamlarına diqqət və qayğınız sayəsində Azərbaycan elmi 1990-cı illərin böhranını uğurla dəf edərək yeni inkişaf yoluna qədəm qoymuşdur. Bu siyasətin nəticəsidir ki, artıq bir sıra sahələrdə, o cümlədən kondensə olunmuş hal fizikası sahəsində elmimiz öz nəticələri ilə dünyada tanınır və qəbul edilir, postsovet məkanında, xüsusilə regionda inamla liderliyə yüksəlir. Layiq görüldüyümüz dövlət mükafatı bizi daha əzmlə çalışmağa, elmimizin inkişafına yeni töhfələr verməyə ruhlandırır. Sizin respublikamızda iqtisadi-siyasi sabitliyi, milli-mənəvi birliyi, xalqımızın sağlamlığı və rifahının daim yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik. Bütün dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Sizin və Mehriban xanımın həyata keçirdiyiniz tədbirlər bir daha hər bir vətəndaşın yanında olduğunuzu göstərir. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, respublikamızın və xalqımızın xoşbəxtliyinə yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayırıq”.

Bakının Xəzər rayonundan Fatimə Həsənova: “Möhtərəm cənab Prezident, bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır. Dünyada hər gün minlərlə insan həlak olur. Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz pandemiya ilə mübarizədən alnıaçıq çıxmaqdadır. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir. Bu çətin dönəmdə aztəminatlı ailələri də unutmadınız, ərzaq yardımları və maddi yardımlarla bizi sevindirdiniz. Aprel və may aylarında aldığım 190 manat birdəfəlik müavinət bir işsiz vətəndaş kimi mənə çox kömək oldu. Cənab Prezident, Siz xalqımıza həm maddi, həm də mənəvi dəstək oldunuz. Allah Sizi və ailənizi qorusun, əziz Prezidentimiz! Sizinlə fəxr edirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək