RƏSMİ XRONİKA
Prezidentin Mətbuat Xidmətinin Məlumatı
Dekabrın 24-də Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Ukrayna Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Yanukoviçə minnətdarlığını bildirmişdir.
Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, Azərbaycan Prezidentinin Ukraynaya bu ilin noyabrında həyata keçirilmiş səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunmuş, əməkdaşlığımızın bundan sonra da güclənəcəyinə əminlik bildirmişlər.