SİYASƏT


Prezidentin köməkçisi: Bu gün hər bir vətəndaşımız qəhrəmanlıq salnaməsi yazır

Prezidentin köməkçisi: Bu gün hər bir vətəndaşımız qəhrəmanlıq salnaməsi yazır

Bakı, 5 oktyabr, AZƏRTAC 

Bu gün biz xain, alçaq düşmənlə üz-üzəyik. Lakin hər bir Azərbaycan vətəndaşı möhkəmdir. Ermənistanın məqsədi Qarabağ cəbhəsindəki uğursuzluqlarını kompensasiya etməkdir. Onlar Azərbaycan vətəndaşlarına qorxu aşılamağı qarşılarına məqsəd kimi qoyublar, amma buna heç vaxt nail ola bilməyəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycana qarşı 30 ildir elan edilməmiş bu təcavüz siyasəti artıq elan olunmuş şəkildə davam edir. Bu gün hər bir vətəndaşımız qəhrəmanlıq salnaməsi yazır. Bizim işimiz haqq işidir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında bu fəaliyyəti həyata keçiririk.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.