SİYASƏT


Prezidentin köməkçisi: Bu hadisələr Ermənistan və onun hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən təxribatdır

Bakı, 28 sentyabr, AZƏRTAC

Əməliyyatlar dünən səhər saat 6 radələrində qoşunların təmas xəttinin geniş bir coğrafiyasını əhatə edən ərazilər üzrə Azərbaycanın mülki kəndlərinə hücumlarla başlamışdır. Hadisələrin bu məcrada cərəyan etməsini müəyyən mənada gözləmək olardı.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 28-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, artıq bununla əlaqədar Azərbaycan öz narahatlığını və belə hücumların gözlənilməsi barədə fikirlərini beynəlxalq ictimaiyyətə çatdırmışdır. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın öz qoşunlarını təmas xətti boyunca konsentrasiya etməsi və əlavə hərbi tədbirlər görməsi barədə də məlumat verilmişdir. Bütün bunlar növbəti təxribatın hazırlanmasından xəbər verirdi. Bütün bunlar, eyni zamanda, Tovuz hadisələrindən başlayaraq artan dinamika ilə inkişaf edən regional gərginlik mənzərəsinin tərkib hissəsidir ki, bu da bilavasitə Ermənistan və onun hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən təxribatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.