SİYASƏT


Prezidentin köməkçisi: Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür

Bakı, 15 oktyabr, AZƏRTAC 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxsin həlak olması, 3 nəfərin isə yaralanması ilə bağlı özünün "Twitter" hesabında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Ermənistanın humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürütdüyünü qeyd edib. O vurğulayıb ki, Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.