SİYASƏT
Prezidentin köməkçisi: Ermənistan ordusu Bərdəyə kasetli raketlər atıb
Bakı, 27 oktyabr, AZƏRTAC
ANAMA-nın məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:58]
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
- 29.03.2024 [14:31]
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
- 29.03.2024 [13:57]
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
- 29.03.2024 [12:28]