SİYASƏT


Prezidentin köməkçisi: Ermənistanın hərbi təxribatı nəticəsində 50-dən çox məktəb binasına ziyan dəyib VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC 

Ermənistanın hərbi təxribatı nəticəsində 50-dən çox məktəb binasına ziyan dəyib. Onların bir qisminə əsaslı şəkildə ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsi ilə bağlı noyabrın 13-də keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının nəzdində Uşaq Hüquqları üzrə Komissiyanın fəaliyyətində hərbi əməliyyatlar zamanı uşaqlara qarşı cinayətin törədilməsində bir neçə ən ağır hallar müəyyən edilib ki, onların içində məktəblərin, uşaq bağçalarının hədəfə alınması və bombalanması ən ağır cinayətlər hesab edilir. Aidiyyəti beynəlxalq təşkilatlar da cəlb edilməklə bu prosesin qiymətləndirilməsi həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.