SİYASƏT


Prezidentin köməkçisi: Hələ ki, heç bir ölkə virusa qalib gəlməyib

Bakı, 8 avqust, AZƏRTAC 

Əgər virusun yayılma sürətini aşağı salsaq yumşaldılmış karantin rejimi mümkün qədər uzun olacaq. Bu da əlbəttə ki, ilk növbədə hər birimizdən asılıdır. Çünki ilk növbədə qaydalara əməl etsək, tibbi maska taxsaq, sosial məsafə saxlasaq virusun yayılma sürətini aşağı sala bilərik. Əgər bu olmasa, biz bu qaydalara riayət etməsək, yenidən alovlanma başlasa, yoluxma sayı artsa təbii ki, məcbur olaraq yenidən sərtləşdirilmiş rejimə gedəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

“Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada virusla mübarizə davam etməsin. Azərbaycan da daxil olmaqla, hələ ki, heç bir ölkədə virusa qalib gəlməyib. Yəni, virus bizim aramızdadır. Biz sərtləşdirilmiş karantin rejimi və insanların məsuliyyətli davranışı nəticəsində yoluxma sayını aşağı sala bilmişik. Əlbəttə ki, bu karantin rejimi hər birimiz üçün əziyyətlidir. Hər bir vətəndaşımız, hökumətimiz, sahibkarlarımız bundan əziyyət çəkir. Lakin buna məcburuq. Birlikdə çalışıb əldə etdiyimiz nəticələri qorumalıyıq”,- deyə Şahmar Mövsümov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.