Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentin köməkçisi Hikmət Hacıyev “TRT World” kanalına müsahibəsində Ermənistanın təcavüzkar siyasətindən danışıb VİDEO

Prezidentin köməkçisi Hikmət Hacıyev “TRT World” kanalına müsahibəsində Ermənistanın təcavüzkar siyasətindən danışıb VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World”ə müsahibə verib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlar, 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti barədə danışıb. Müsahibəni təqdim edirik.

- Ermənistan Azərbaycanı ölkəsinin döyüş təyyarələrindən birini vurmaqda ittiham edir. Türkiyə tərəfi də bunun tamamilə yalan məlumat olduğunu bildirdi. Azərbaycan Prezidenti Administrasiyasının bu barədə fikrini bilmək istərdik.

-Biz də bununla bağlı açıqlama verdik. Bu, bir dezinformasiyadır, eyni zamanda, olduqca gülünc məlumatdır. Bütün radar sistemlərimizi yoxladıq və hətta Ermənistan ərazisindən də SU-25 hərbi təyyarəsinin havaya qalxdığı qeydə alınmayıb. Belə bir hal olmadığı təqdirdə hərbi təyyarəni vurmaq necə mümkündür? Bu, bir daha Ermənistanın mütəmadi olaraq dezinformasiya kampaniyası həyata keçirdiyini nümayiş etdirir.

-Biz bilirik ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bəs, bu mübahisənin başladığı onilliklərdən sonra niyə hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə icazə verilir?

-Təəssüf ki, 30 ildir Ermənistanın Azərbaycana qarşı işğalı davam edir. Azərbaycan tərəfi bu müddət ərzində səbir nümayiş etdirərək, münaqişənin ən qısa müddətdə həll olunması üçün danışıqlar prosesində iştirak edib. Ancaq gördüklərimiz odur ki, Ermənistan uzun illərdir yalnız Azərbaycan ərazilərini ilhaq etmək məqsədilə münaqişənin həllini uzadır.

-Bu, bir daha onu göstərir ki, Ermənistanın niyyəti bu əraziləri işğal altında saxlamaq və status-kvonu möhkəmləndirmək idi. Onlar danışıqlar prosesindən yalnız görünüş xatirinə istifadə ediblər.

-Azərbaycanın da səbrinin bir həddi var. Təəssüf ki, bu il iyulun ortalarından başlayaraq Ermənistan tərəfinin yeni təxribatlar və hərbi avantüralar həyata keçirdiyini də görürük. Xüsusilə, Ermənistanla Azərbaycan arasında sərhəddə, Tovuz istiqamətində baş verən hadisələr zamanı və o vaxtdan bəri Ermənistanın daha geniş miqyasda daha böyük plan hazırladığını görürdük. Tovuz hadisələri bu hücuma hazırlıq rolunu oynayırdı. Ermənistanın öz qoşunlarını təmas xətti boyunca konsentrasiya etməsi və bunun da nəticəsində 27 sentyabr tarixində azərbaycanlı mülki vətəndaşlara qarşı hərbi hücumunun şahidi olduq. Ancaq bu, Azərbaycanı özünümüdafiə hüququndan istifadə edərək, nəhayət, Ermənistanı sülhə məcbur etmək, Ermənistanın təxribatlarının, hərbi avantüralarının və Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qoydu.

-Bəs, bu münaqişə necə həll olunmalıdır. Biz bir sıra tərəflərin proaktiv beynəlxalq vasitəçilik cəhdlərini irəli sürmək çağırışı etdiyini gördük, ancaq Avropa İttifaqı xarici güclərin bu münaqişədən kənarda qalmasının zəruriliyini göstərdi. Bununla bağlı sizin fikriniz nədir?

-Buna görə də biz ədalətin bərpa olunmasını və beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasını istəyirik. Ermənistan işğalçı dövlətdir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi münaqişənin həlli üçün hüquqi siyasi çərçivə təşkil edir. ATƏT-in Minsk qrupu prosesində münaqişənin necə həll edilməsi barədə yol xəritəsi də mövcuddur və bu yol xəritəsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə başlayır. Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetiribmi? Xeyr. Əksinə, onlar çox təcavüzkar milli təhlükəsizlik strategiyası və müdafiə doktrinasını qəbul etdikləri üçün daha aqressiv olublar. Ermənistanın müdafiə naziri bunu yeni ərazilər uğrunda yeni müharibə adlandırıb. Azərbaycanın gözləntisi bundan ibarətdir ki, beynəlxalq ictimaiyyət də öz öhdəliyini yerinə yetirməlidir. Bu öhdəlik Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinin icrasını və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının tələblərinin yerinə yetirilməsini tələb etmək, həmçinin münaqişəni həll etmək məqsədilə Ermənistana diplomatik siyasi təzyiq göstərməkdən ibarətdir.

Heç bir dövlət öz ölkəsinin işğalı ilə razılaşa bilməz və Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməyə davam edir. Dünən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri tərəfindən heç biri Şura çərçivəsində bu münaqişə ilə bağlı müzakirə və ya konsultasiya ilə əlaqədar görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etməyib. Belə bir suallım var: BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinin qəbul edilməsindən 25 il keçir. Niyə BMT Təhlükəsizlik Şurasının bu 25 ildə Ermənistanın qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb etməsi ilə bağlı heç bir sessiyası da keçirilməyib?

-Ermənilərin iddia etdikləri məsələlərdən biri də Dağlıq Qarabağın etnik ermənilərin yaşadığı ərazi olması və onların özlərini müdafiə etmək zərurətidir. Biz sonradan Azərbaycanda etnik ermənilərə etinasız münasibət göstəriləcəyini və ya onların təhlükə ilə üzləşəcəkləri kimi əsasların olacağını güman edə bilərikmi?

-Tarixə nəzər salsanız görərsiniz ki, ermənilər Azərbaycan ərazisində çox xoşbəxt yaşayıblar. 80-ci illərin sonlarına qədər Dağlıq Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olub. Erməni separatçıları və terrorçuları Dağlıq Qarabağın Azərbaycandan ayrılması istiqamətində səylər göstərməyə başladılar və bu hadisələrdən sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladı. Biz hesab edirik ki, Dağlıq Qarabağın erməni icması və ya bizim erməni mənşəli vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onların Azərbaycan Konstitusiyasına uyğun olaraq onların tam hüquqlarını təmin etməyə hazırıq. Eyni zamanda, biz Dağlıq Qarabağın etnik cəhətdən təmizlənmiş azərbaycanlı icmasını da dana bilmərik. Azərbaycanın suveren ərazilərində işğalçılıq siyasəti həyata keçirən ermənilər azərbaycanlıların mövcudluğunu belə tamamilə inkar edirlər. Bəs bir milyon azərbaycanlı məcburi köçkünün və qaçqının hüquqları necə olsun? Biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Azərbaycanın erməni icmasının bütün əsas hüquqlarını təmin etməyə hazırıq.

Prezidentin köməkçisi Hikmət Hacıyev “TRT World” kanalına müsahibəsində Ermənistanın təcavüzkar siyasətindən danışıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb