CƏMİYYƏT
Prezidentin köməkçisi: Metropolitenin fəaliyyəti ilə əlaqədar məsələ müzakirə olunur VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
Metropolitenin fəaliyyətinə dair məsələ hazırda müzakirə olunur. Bununla əlaqədar Operativ Qərargahda aidiyyəti nəqliyyat strukturları da cəlb olunmaqla müxtəlif müzakirələr davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 29-da keçirilən brifinqində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, məktəblərin açılması ilə əlaqədar şagirdlərin, tələbələrin tədris müəssisələrinə getməsi və bu zaman metrodan istifadə edilməsi kimi məsələlər də gündəm mövzusu ola bilər. Ona görə bu zərurəti nəzərə alaraq metropolitenin fəaliyyəti ilə əlaqədar müzakirələr davam etdirilir. Sanitar-epidemioloji qaydalar və bu xüsusda olan potensial risklər də qiymətləndirilir.