SİYASƏT


Prezidentin köməkçisi: Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC 

Ermənistan terrorçu dövlətdir, faşizm xisləti daşıyır. Azərbaycan Ermənistanın hücumlarının heç birini cavabsız qoymur və bu hücumlar adekvat cavabını alır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi ilə bağlı məlumatlar yayılır. “Mən buradan Araik Arutunyana müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan Ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.