CƏMİYYƏT


Prezidentin köməkçisi: Səhiyyə sistemimiz iki cəbhədə fəaliyyət göstərir 

Bakı, 19 noyabr, AZƏRTAC

Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib. Bu istiqamətdə ayıq-sayıqlığın davam etdirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 19-da keçirilən brifinqdə söyləyib.

Hikmət Hacıyev qeyd edib ki, bizim yaralı əsgərlərimiz var və onların koronavirusa yoluxmasının qarşısının alınması da əsas vəzifələrdən biridir. Onların sağlamlığını qorumaq üçün bu, vacibdir. Səhiyyə sistemimiz iki cəbhədə fəaliyyət göstərir. Ona görə də bu kimi zərurətləri, artım templərini nəzərə alaraq, Operativ Qərargah bir sıra qərarlar qəbul edib.

Bəzi koronavirus xəstələrinin özlərini evdə müalicə etməsi barədə danışan Prezidentin köməkçisi bildirib: “Bir sıra xəstələr həkimlərin köməyi ilə özlərini koronavirusdan evdə müalicə etməyə çalışırlar. Həmin xəstələr ağırlaşmış formada xəstəxanaya müraciət edirlər ki, bu da həm onların özünü, həm də həkimləri çətin vəziyyətdə qoyur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.