CƏMİYYƏT
Prezidentin köməkçisi: Tibbi müəssisələrdə 900-dən çox əsgər və zabitimizin müalicəsi davam etdirilir VİDEO
Bakı, 8 dekabr, AZƏRTAC
Koronavirusun dünyada, qonşu ölkələrdə artma tendensiyası nəzərə alınaraq Azərbaycanda da bu sahədə qaydaların sərtləşdirilməsi barədə qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqdə söyləyib.
Prezidentin köməkçisi bildirib ki, peyvəndin tətbiqinə qədər yoluxmanın azaldılması istiqamətində tədbirlər həyata keçirilməlidir. Sentyabrın 27-dən - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəri səhiyyə sistemimiz iki cəbhədə fəaliyyət göstərir. Hazırda 900-dən çox əsgər və zabitimizin tibbi müəssisələrdə müalicəsi davam etdirilir, digər tərəfdən də həkimlərimiz koronaviruslu xəstələrin müalicəsi ilə məşğuldurlar.