SİYASƏT


Prezidentin xüsusi nümayəndəsi: Azərbaycan Qarabağda bütün bərpa işlərini öz imkanları hesabına həyata keçirir

Şuşa, 19 iyun, AZƏRTAC

Azərbaycan işğaldan azad olunmuş Qarabağda bütün bərpa işlərini öz imkanları hesabına həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında söyləyib.

Bu gün Şuşada IX Qlobal Bakı Forumunun panel iclasının təşkilini mühüm hadisə adlandıran E.Hüseynov deyib: “Forumda iştirak edən xarici ölkələrin nümayəndələri burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar. Qonaqlara ərazilərin bərpa prosesi, enerji, telekommunikasiya, minalardan təmizlənməsi istiqamətində görülən işlər və bu işlərin mürəkkəbliyi barədə məlumat verilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.