CƏMİYYƏT
Prezidentin xüsusi nümayəndəsi: Şuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib
Şuşa, 7 fevral, AZƏRTAC
Bu tədbir minatəmizləmə məsələlərinə həsr olunub. Bilirik ki, minalar işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə mane olur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.
O qeyd edib ki, mina problemi soydaşlarımızın öz yurdlarına qaytarılmasında çətinlik yaradır. Dövlət qurumlarımız insanların öz evlərinə qayıtması üçün çalışır. Bu istiqamətdə istənilən təşəbbüslərə dəstək vermək istəyirik.
Şuşanın qısa dövr ərzində - 44 günlük Vətən müharibəsi nəticəsində azad olunduğunu diqqətə çatdıran Aydın Kərimov deyib: “Müvafiq dövlət qurumları da Şuşada minatəmizləmə proseslərini qısa müddətdə yerinə yetirib. Biz Şuşada yerli enerji şəbəkəsini də qurmuşuq, xəstəxanalar, məktəblər tikirik. Şuşada iki mindən çox tarixi bina var. Onlar işğaldan dövründə dağıdılıb. Eyni zamanda, biz mədəni irsimizi də bərpa edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:44]
Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib
- 28.03.2024 [15:47]
ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub
- 28.03.2024 [15:21]
Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO
- 28.03.2024 [15:13]
Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO
- 28.03.2024 [15:06]
Misirin aparıcı media nümayəndələri ilə görüş olub
- 28.03.2024 [14:30]
Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
- 28.03.2024 [14:28]