DÜNYA


Prezidentliyinin ilk aylarında Donald Trampın Floridada istirahəti dövlət xəzinəsinə 14 milyon dollara başa gəlib

Bakı, 6 fevral, AZƏRTAC

Prezidentliyinin ilk 3 ayında Donald Trampın bazar günləri özünün Floridada ştatındakı “Mar-a-Laqo” malikanəsində istirahəti amerikalı vergi ödəyicilərinə 14 milyon dollara başa gəlib.

AZƏRTAC ABŞ mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat Birləşmiş Ştatların Hesablama Palatasının ölkə administrasiyasının xərcləri ilə bağlı hesabatında öz əksini tapıb.

Qurumun məlumatına əsasən, həmin məbləğin xeyli hissəsi – 10,6 milyon dolları prezidentin təhlükəsizliyinin təmin olunmasına sərf olunub. Daha 3 milyon dollar isə Trampı bu səfərlər zamanı müşayiət edən administrasiya əməkdaşlarının ehtiyaclarına xərclənib.

Ağ ev hələ ki, bu məlumatı şərh etməsə də, administrasiya nümayəndələri dəfələrlə Trampın istirahət vaxtı da işlədiyini bildirmişdi.

Donald Trampın siyasi opponentləri, onu həm də prezident olduqdan sonra özünə məxsus malikanələrdə və qolf klublarında çox vaxt keçirməkdə tənqid edirlər. Halbuki seçki kampaniyası zamanı Tramp görüləcək işlər çox olduğundan Ağ evi nadir hallarda tərk edəcəyinə vəd vermişdi.

Qeyd edək ki, Tramp ABŞ, Şotlandiya, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziyada qolf klublarına malikdir. Lakin o, çox zaman vaxtını Nyu-Cersi ştatındakı Palm-Biç və Bedminster, həmçinin paytaxt ətrafındakı Potomak-Fols qolf meydanlarında keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.