DÜNYA


Prezidentliyinin ilk həftəsində Co Baydenin reytinqi 54 faiz təşkil edib

Bakı, 28 yanvar, AZƏRTAC

ABŞ-ın yeni dövlət başçısı Co Baydenin prezidentliyinin ilk həftəsində bəyənilmə reytinqi 54 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu göstərici Monmut Universitetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsaslanır. “Prezident Co Bayden öz müddətinə amerikalıların əksəriyyətinin dəstəyini qazanaraq başlayıb. Prezidentin cari reytinqi artıq Donald Trampın prezidentlik dövrünün istənilən vaxtında olduğundan yüksəkdir”, - deyə universitetin pres-relizində bildirilir.

Qeyd olunur ki, rəyi soruşulanların 54 faizi Baydenin fəaliyyətini bəyənir, 30 faizi isə əks fikirdədir. Bununla yanaşı, dəstək səviyyəsi respondentlərin partiya mənsubiyyətindən asılı olaraq dəyişir – demokratlar arasında 90 faiz, müstəqil seçicilər arasında 47 faiz, respublikaçılar arasında isə yalnız 15 faiz təşkil edir.

Sorğunun nəticələri göstərir ki, amerikalıların 61 faizi Baydenin prezident postunda həyata keçirəcəyi siyasətə nikbin, 35 faizi isə pessimist yanaşır. Dörd il əvvəl Tramp vəzifəsinin icrasına başlayarkən respondentlər daha pessimist idi – onların yalnız 50 faizi müsbət dəyişikliklər gözləyirdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.