DÜNYA


“Primera Air” iflas etdiyini açıqlayıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Mərkəzi ofisi Danimarkada yerləşən “Primera Air” aviaşirkəti iflas etdiyini açıqlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, şirkət buna səbəb kimi artan xərcləri göstərib. Aviaşirkətin bu qərarına “Airbus A321neo” sifarişlərinin gecikməsi də təsir edib.

Bir vaxtlar Avropa-ABŞ transatlantik uçuşları üçün 100 dollardan ucuz bilet satması ilə gündəmə gələn, turizm mövsümündə Skandinaviya ölkələrindən Türkiyəyə də sərnişin daşıyan “Primera Air” iflası ilə bağlı müraciət edib və bütün əməliyyatlarını dayandırıb.

2009-cu ildə İslandiyanın “Primera Travel Group” şirkətinin tərkibində qurulan aviaşirkətin mərkəzi ofisi Kopenhagendə yerləşir.

Əsas hab kimi Londonun Stansted hava limanını istifadə edən “Primera Air” əsasən Nyu-York, Boston, Vaşinqton və Toronto istiqamətində uçuşlar həyata keçirib. Rəqabətə tab gətirə bilməyən aviaşirkət ABŞ-dan başqa 41 istiqamətə üzrə 23 ölkəyə də uçuşlar həyata keçirirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.