İQTİSADİYYAT


Problemli kreditlərin həllinə həsr olunan “Video icmal” təqdim edilib

Bakı, 7 mart, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Video icmal”ı problemli kreditlərin həllinə həsr olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Video icmal”da Prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərmanın əsas məqamları vizual olaraq izah edilib.

Fərmana əsasən, kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

“Video icmal”la “iqtisadiislahat.org” saytındakı İcmallar bölümündən həmçinin qeyd olunan link vasitəsilə tanış olmaq olar: https://www.youtube.com/watch?v=Mn3cDbIMt4E

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.