ELM VƏ TƏHSİL


Professor Abbas Seyidov: Prezidentin Fərmanı elmimizin və təhsilimizin əlaqəli şəkildə inkişaf etməsinə stimul verəcək

Bakı, 30 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı son illər bu sahədə aparılan ardıcıl islahatların davamıdır. Fərmanla Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılması, AMEA-nın bir sıra elmi müəssisə və qurumlarının bu nazirliyin tabeliyinə verilməsi həmin sahələrin yeni dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinə, elmimizin və təhsilimizin qarşılıqlı əlaqəli şəkildə daha sürətlə inkişaf etdirilməsinə stimul verəcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikri Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov söyləyib. O bildirib ki, elmimizə böyük diqqət və qayğı göstərən, Azərbaycan aliminin cəmiyyətin inkişafındakı roluna yüksək dəyər verən dövlətimizin başçısı həyata keçirdiyi struktur islahatları ilə Azərbaycan elminə ikinci həyat verdi.

Alimin sözlərinə görə, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru ilə bağlı institutların AMEA-nın tərkibində saxlanılması Azərbaycan Prezidentinin həm bu sahələrə, həm də bütövlükdə AMEA-ya verdiyi yüksək dəyərin nəticəsidir. AMEA-nın tərkibində fəaliyyət göstərəcək institutlar mühüm əhəmiyyətli elm sahələri ilə məşğuldur. Bu institutlarda vətənimizin qədim və müasir tarixi, arxeologiyası, etnoqrafiyası, antropologiyası, folkloru, ədəbiyyatı öyrənilir. Ölkə rəhbəri bu sahələrin strateji əhəmiyyətini nəzərə alaraq, həmin institutları məhz Azərbaycanın əsas elmi mərkəzinin tərkibində saxlayıb.

“Elm sahəsində aparılan islahatlar bu hədəflərə çatmaq üçün bizə əlavə stimul verəcək. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan xalqı bu gün aparılan islahatların bəhrəsini görəcək, elm adamlarımız mühüm nailiyyətlər qazanaraq ölkəmizin inkişafına öz dəyərli töhfələrini verəcəklər”, - deyə Abbas Seyidov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.