ELM VƏ TƏHSİL


Professor Ədalət Qasımov: Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən parlaq və nadir şəxsiyyətlərdəndir

Bakı, 10 may, Ş.Abdullayeva, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin cismən aramızda olmamasından illər ötdükcə, ruhən onun şəxsiyyətinə daha çox yaxınlaşırıq. Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən parlaq və nadir şəxsiyyətlərdən biridir. O, xalqımızın taleyində, tarixində müstəsna rol oynayıb.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Ədalət Qasımov deyib.

O bildirib ki, tarixi şəxsiyyətin böyüklüyü onun zamanında gördüyü işlərin miqyası, fəaliyyət diapazonunun genişliyi ilə ölçülür. Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bir-birini inkar edən müxtəlif ictimai-siyasi sistemlərlə bağlı olmasına baxmayaraq o, hər zaman xalqımızın, millətimizin yüksəlişi naminə çalışıb. Onun fəaliyyət tarixi çağdaş Azərbaycanımızın, milli dövlətçiliyimizin tarixidir. Bu gün müstəqillik və tərəqqi yollarında inamla addımlayan, dünyada özünə layiqli yer tutan Azərbaycanın müasir tarixinin yarım əsrdən çox dövrü və bu dövrdə qazanılan uğurlar, nailiyyətlər bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycana rəhbərlik etdiyi illər ərzində dövlətimizi zamanın ağır sınaqlarından çıxararaq onun inkişaf strategiyasını müəyyənləşdirib, xalqımızı sosial, iqtisadi, mədəni tərəqqiyə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.